www.ibrahimi.biz
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

İbrahimilərin yeni Quran çevirməsinə kömək

Aşağa gitmek

İbrahimilərin yeni Quran çevirməsinə kömək Empty İbrahimilərin yeni Quran çevirməsinə kömək

Yeni mövzu  Yusif_Kazim_İbrahimoglu B. Apr. 24, 2011 8:29 am

ALLAH-ın salamı olsun seçib qaldırdığı rəsullarının,nəbilərinin üzərində!ALLAH-ın Salamı olsun cəmiyyən ibrahimoğullarının üzərində!
Quran çevirməsi işində ALLAH sizlərə Yardım etsin!
ALLAH sizin bu işinizə Bərəkət versin!ALLAH öz elmi ilə sizləri əhatə etsin,sizlərə Hikmət versin ki,sizə çoxlu xeyir yetişsin!ALLAH elminizi artırsın və Onun Əliylə sizə xeyir yetişsin!Həmd ALLAH üçündür,Rəbbidir aləmlərin!
ALLAH-dan mənə bağışlanmaq istəyin,əgər ALLAH rəsulundan qabağa çıxıramsa!Və sizlərə elm öyrətməkdən ALLAH ilə sığınıram!Sadəcə ALLAH-ın mənə öyrətdiklərini və yaxud ,ola bilərki,öz subyektiv fikirlərimi sizlərin diqqətinə çatdırmaq istədim!Bunun üçün rəsulumdan,Kazım A.S.dan izin aldım.Əgər bu məktub orada baxılacaqsa , mənim üçün rəsul sizsiniz,Aləsgər A.S.Məsləhət bilsəniz baxın!

2-233-TUKƏLLƏFU- çətinə salamaq,mükəlləf etmək(üzərinə yük qoyaraq),əziyyətə salma.
Belə oxunsa necədir:çətinə salma yoxdur nəfsi,ancaq gücü çatan.

2-224-TƏBƏRRU-xeyir-dua almaq
Yəni icazə almaq mənasında (bizə hər şey olar,ALLAH icazə verib)
Belə oxunsa:Etməyin ALLAH-ı hədəf öz andalarınız üçün ki,xeyir-dua almısınız Ondan və Ondan çəkinirsiniz və islah edirsiniz arasında insanların!

2-225-BİLLAĞVİ-LAĞA –hökmdən düşmək,hğkmü qalmamaq (hər hansı bir sözün,sənədin)
Həmçinin bizim dildə LƏĞV ETMƏK sözü var.
Belə oxunsa:Götürməz sizi ALLAH ləğv ilə andlarınız üçün.

2-226-YULUNƏ-imtina etmək istəmək
LƏN kökü indiki zaman feli ilə gələcək zamanın inkarını göstərir
Belə oxunsa:O kəslər üçün ki,imtina etmək istəyirlər qadınlarından

2-245-ƏQRƏZDA-borc vermək
FƏYZUN-bolluq,çoxluq
ƏZAFƏ-əlavə etmək,izafi
Belə oxunsa:Kimdir ki,borc versin ALLAH-a borc yaxşı,artırsın O,ona ,çoxlu əlavə.

5-95-MUTAAMİDƏN-mütamadi olaraq,dayanmadan,qəsdən,bilərəkdən
MİNƏNNƏAMİ-davarlardan
Məncə kəbəyə çatacaq,və va kəffarə kimi veriləcək- öldürülən heyvan yox,əvəz olaraq ev heyvanlarından- davarlardan olar (iri heyvana əvəz iri heyvan,xıda heyvana əvəz xırda heyvan)Çünki,burada sıyam olmaqdan da,söhbət gedir,əgər öldürülən heyvan olsaydı,elə onu verərdi .Demək əvəzinə verilməlidir,əgər yoxudursa,sıyəm olur!

7-51-VƏ MƏ KANU BİAYƏTUNA YƏCHƏDUNƏ(cəhd edənlər)
Belə oxunsa:Və olmadılar ayətlərimizlə cəhd edənlər(çalışanlar)(yəni ayətlərimizə əməl edib yaşayanlar)
Biz yazmışıq:oldular ayətlərimizlə bizi inkar edənlər.
11-15-LƏ YUBXƏSUNƏ-xəsislik edilməz

NUVƏFFU İLƏYHUM ƏMƏLƏHUM-Belə yazılsa:müvəffəq olar ona əməli

11-20-MƏ KANU YƏSTƏTİUNƏSSƏMƏ VƏ MƏ KANU YUBSƏRUNƏ

Belə oxunsa: olmadılar eşitmək istəyənlər və olmadılar görənlər

11-56-BİNNASIYƏTİHA- nəsiyyət ilə
Sıyanətun-qoruma,himayə

Belə oxunsa:Yoxdur dəbbətlərdən ki,O götürməsin himayəsinə(qorumasına) və ya
Yoxdur dəbbətlərdən ki,O götürməsin nəsihəti ilə (ona nə edəcəyini bildirsin)

Bəzi tərcümələrdə kəkilindən tutsun kimi tərcümə edilib.

11-79-Fİ BƏNATİKƏ MİN HAQQIN –

Belə oxunsa:Qızlarında yoxdur haqqımız.

11-87-LƏ ƏNTƏLHƏLİMURRƏŞİDU- deyilsən həlim,rəşid
Biz :oldun sən həlim,rəşid yazmışıq.Axı qoumu onu tənqid edir,tərifləmir ki,desinlər ki,sən həlimsən,rəşidsən!

11-95-BUDƏN-məhv olma,
Bəidən-uzaq deyil
Belə Oxunsa:Ə yox,məhv olma Mədyən üçün ,uzaq deyil ,necəki,Səmud.(mədyənin məhv olma səbəbi səmudun məhv olma səbəbi ilə eynidir,uzaq deyil)

11-103-YƏVMUNMƏŞHUDUN- günü şahidolmanın
Biz:görərlər yazmışıq

12-18-Və ALLAHULMUSTƏANİ ALA MƏ TƏSIFUNƏ-
MUSTƏANU- hazırdır
Təsıfunə-uydurma
Belə oxunsa:Və ALLAH hazırdır üzərində (şahiddir,ordadır)nəyi ki,uydurursunuz

12-19-FƏ ƏDLƏ DALVAHU-dolunu salladı

Dol-dəridən hazırlanmış,quyudan su çəkmək üçün olan bir qabdır.Bakı kəndlərinin bəzilərində bu söz işlənib və doldan istifadə edilib.

12-20-MİNƏZZAHİDİNƏ-əl çəkənlərdən

Belə oxunsa:Satdılar onu qiymətə az-dirhəmə,tanınmış birinə və oldular əl çəkənlərdən

12-22-BƏLAĞA ƏŞUƏDDƏTU
BƏLAĞA-yetişmək
əşəddu-daha çox

Belə oxunsa:daha da yetişdi

12-30-TURA-görəsən
Vidu-sevgi,dostluq
Fətahə-başlamaq

Belə oxunsa:Və dedilər qadınlar şəhərdə,arvadı əzizin görəsən sevgi başlayıb nəfsindən? (yəni əzizin arvadı təzə şey çıxarıb özündən,öz qululuna vurulub?)

16-25-ƏVZƏRƏHUM ,ƏVƏZƏRİ,YƏZİRUN
Ağır yük,günah,məsuliyyət

Üç yerdə ard-arda əvəzərun sözü işlənib,demək hər dəfə sözün müxtəlif çalarlarında.
Belə oxunsa:Yüklənmələri üçün ağır yüklə onlar kamilgünü qiyamətin və günah o kəslərin ki,zəlalətə saldılar qeyri elmlə,ə yox,pisdir nə ki,məsuliyyətlidirlər!

41-11-ƏTƏYNA TAİİNƏ- əta et təyinimizi(təyinatımızı,yəni,nə iş görəcəyik?)

41-14-MİN BƏYNİ ƏYDİHİM VƏ MİN XƏLFİHİM
Belə oxunsa:nə vaxt ki,gəldi rəsulları öncədən və arxadan

41-29- NƏCƏLHUMA TƏHTƏ ƏQDƏMİNƏ
Belə oxunsa:salaq təpiyimizin altına,salaq ayağımızın altına!(əzmək ,döymək mənasında)

41-34- HAMİMUN-yaxın dost(həmdəm sözünə yaxın)

41-35-HAZZ-bəxti olan
YULƏQQƏHA-qarşılaşmaq

Belə oxunsa:Qarşılaşmaz onula səbrlilər və qarşılaşmaz onula əzim bəxt sahibləri!


42-37-YƏCTƏHİBUNƏ- çəkinirlər


42-44-Əzm-qərar vermək



UMUR- iş,hadisə,məsələ

Belə oxunsa:kim səbr edərsə və baöışlayarsa,həqiqətən budur işdə qərar vermək(yəni,ən düzgün qərar vermək budur)

43-18- YUNƏŞŞƏU—nəşəə-meydana gəlmə,ortaya çıxma
HİLYƏTİ-həliyə -şirin olmaq
CİSAMİ-CASAMA-mübahisədə məğlub etmək)
CASİMUN-düşmən,rəqib,qarşı tərəf

Belə oxunsa:Ə ,kim ki,şirinlikdən meydana gəlib(yəni məhəbbətdən,cinsi əlaqədən) və o gizli düşməndir

45-29-NƏSTƏNSİXU-nüsxələdik

45-33-BƏDƏLƏHUM- Əvəz oldu onlara

Belə oxunsa: Əvəz oldu onlara öz pislikləri nə ki,əməl etmişdilər

46-19-LİYUVƏFFİYƏHUM- müvəffəq olmaq
Müvəffəq oldular öz əməllərinə!

46-22-LİTAFİKƏNƏ –ayırmaq

Belə oxunsa:ayırasan bizi ilahilərimizdən

Biz belə yazmışıq:Ayırasan bizi ilahilərimizdən!


47-25-ƏMLƏ-ümid vermək
SƏVVƏƏ-pisləşdirmək

Belə oxunsa:Şeytan pisləşdirdi onlar üçün və ümid verdi onlar üçün!

Biz:şeytan zinətləndirdi yazmışıq!
47-28-FƏƏHBATA ƏMƏLƏHUM –batdı əməlləri onların.
Biz yazmışıq: məhv etdi ALLAH onların əməllərini,halbuki,ərəbidə ALLAH sözü işlənməyib,və ALLAH da zalim deyil, kiminsə əməllərini məhv edə!


51-1- Toxum səpənlərə düz olmazmı?Zariyəti – başlanğıc,zərrə sözünə yaxındır.

51-9-YUFƏKU-İFKUN-yalançı,böhtançı
Belə oxunsa:Böhtanladı ,kim ki,böhtançıdır
51-16-ƏXİZİNƏ-əxz etdilər

51-31-XATBUHUM-
XAT-yol,xətt
XATVUN-addımlamaq,irəliləmək

Belə oxunsa:haradır yolunuz ay mürsəllər?


51-48-MƏHİDUNƏ-beşik

Belə oxunsa:nemətli beşik

52-30-RAYBƏLMƏNUNİ- belə oxusaq:şübhədəyik taleyindən


53-32-ƏCİNNƏTUN Fİ BUTUNİ UMMƏHƏTİKUM-
Belə oxusaq:Ananızın bətnində gizlənmişdiniz!(gizlədilmişdiniz)(gizli idiniz)

53-45-İZƏ TUMMƏ- Belə oxusaq :onda ki,tumludur
Nütfə çox da ola bilər ,”daşa” da bilər, amma onun keyfiyyəti mayalamasından asılıdır!Yəni tumluluğundan!

56-66-İNNƏLMUĞRƏMUNƏ-
MUĞRƏMUNƏ-aludə oldular
Həqiqətən aludə oldular

56-95-HAZƏLHUVƏLHAQQULYƏQİNİ-
Belə oxusaq: bu ,o haqdır yəqin

63-11-Təxirə salmaz ALLAH nəfsə
Biz ,təxirə salmaz ALLAH bir nəfsi , yazmışdıq.

72-18- məncə belə daha uyğun çevirmə olardı:Həqiqətən,nə ki,səcdə ALLAH üçündür!Çağırmayın birlikdə ALLAH-la bir kəsi!

Əgər burda söhbət binadan,evdən getsəydi:çağırmayın ORADA ALLAH-la birlikdə- olardı.Lakin ərəbində də,ORADA sözü yoxdur.


Yusif_Kazim_İbrahimoglu

İsmarıc sayı : 298
Kayıt tarihi : 13/01/11

Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt

- Similar topics

 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.