İbrahimogulları ilə müsəlmanların fərqləri

1 səhifə (Cəmi 2 səhifə) 1, 2  Sonraki

Aşağa gitmek

İbrahimogulları ilə müsəlmanların fərqləri

Yeni mövzu  Hacı Kazım Ibrahimoğlu Bir Ç.a. Avq. 16, 2011 6:38 am

Hz.İbrahimin dinində olan təslimolanlar

Allah XX əsrin aхırında XXI əsrin əvvəlində bеlə bir ümmət qaldırmışdır кi, onlar özlərini Allahpərəst adlandıraraq Ibrahim (ə.s)-ın müşriкliкdən uzaq olan hənif dinindədirlər.
İbrahimogulları-özlərini Allaha təslim edən(müslim)inanclı insanlardır.
İbrahimoğulları əsas mərkəzləri Bakı(Bəkkə) şəhəridir.
İbrahimoğulları Bakı şəhərini müqəddəs hesab edirlər(Ali-İmran surəsi-96 ayə).
İbrahimoğulları istinadı yalniz və yalnız Quranadır(Bəqərə surəsi-2 ayə).
İbrahimoğulları hədisləri qəbul etmirlər,çünki,Quran ayələri olan yerdə bəşər sözünün yetərsiz olduğunu düşünürlər(Nisa surəsi-87 ayə, Yusuf surəsi-111 ayə, Loğman surəsi-6 ayə, Casiyə-6 ayə,Mürsəlat surəsi-50 ayə və s..).
İbrahimoğulları özlərini firqə,məzhəb hesab etmirlər və firqələrə bölünməni də qəbul etmirlər(Ali-İmran surəsi-103 və 105 ayələr,Rum surəsi-32 ayə,Ənam surəsi-153 və 159 ayələr,Şura surəsi-13 və s..).
İbrahimoğulları bütün müsəlmanların Hz.İbrahimin dininə tabe olmalarına inanırlar,çünki bunu Allah hökm edir(Bəqərə surəsi-130 ayə, Ali-İmran surəsi-95 ayə, Nisa surəsi-125 ayə, Ənam surəsi-161 ayə, Nəhl surəsi-123 ayə və s..)
İbrahimoğulları Quranda adı çəkilən və çəkilməyən bütün rəsulları(elçi) və nəbiləri(peyğəmbər)qəbul edirlər və heç birinə də fərq qoymurlar-yəni heç birini o birisindən üstün tutmurlar(Bəqərə surəsi-285 ayə,Nisa surəsi-150 ayə və Ğafur surəsi-78 ayə və s..).
İbrahimoğulları bütün ümmətlərə(xalqlara)rəsul gələcəyinə və gəldiyinə inanırlar.Hal-hazırda öz rəsulları var və ona itaət edirlər(Bəqərə surəsi-101,151 ayələr,Ali-İmran surəsi-101 ayə,Əraf surəsi-35 ayə,Yunus surəsi-47 ayə, İbrahim surəsi-4 ayə,Hucurat surəsi-7 ayə, Zümər surəsi-71 ayə, Talaq surəsi-11 ayə və s..)
İbrahimoğulları hər ümmətin öz rəsulu(peyğəmbər)olduğuna inanırlar (Yunus surəsi-47 ayə).
İbrahimoğulları zəmanədə ilktəslimolan Allah rəsulu Ələsgər Musayevi hesab edirlər.
İbrahimoğulları gün ərzində 5 vaxt ibadət edirlər(Taha surəsi-130).
İbrahimoğulları bütün ibadətləri eyni qayda ilə iki səcdə edirlər(yəni 2 rəkət və hər rəkətdə 1 səcdə)(Nisa surəsi-102 ayə).
İbrahimoğulları öz dillərində ibadət edirlər(Nisa surəsi-43 ayə, Rum surəsi-22 ayə).
İbrahimoğulları əllərinə gələn qənimətin 5-də 1-ini zəkat olaraq rəsullarına verirlər(Ənfal surəsi-1 və 41-ci ayələr).Və özlərini zəkatla maliyyələşdirirlər.
İbrahimoğulları zəkat verməyənlərin kafir və müşrik(şərik qoşan) olduğuna inanırlar. (Fusullət surəsi-6,7 ayələr)
İbrahimoğulları zəkat verməkdən əlavə rəsullarına və inanan qardaşlarına sədəqə,ehsan edirlər.
İbrahimilər bir ildə 4 ay oruc(yiməs) olurlar.Hər fəslin ilk ayı yiməs(oruc) olurlar(Tövbə surəsi-36,37 ayələr)
İbrahimoğulları Məkkəni özləri üçün qiblə hesab etmirlər və Allahın hər yerdə olduğunu düşünürlər(Bəqərə surəsi-115,142 ayələr).
İbrahimoğulları Həcc mərasimini öz yerlərində keçirirlər(Həcc surəsi-34,67 ayələr)
İbrahimoğulları bir ildə 2 dəfə(yaz və payız) Qurban bayramı edirlər.
İbrahimoğulları cihadı yalnız öz nəfsləri ilə mubarizə kimi başa düşürlər.
İbrahimoğulları adam öldürməyin qəti əyehdarlarıdırlar(Maidə surəsi-32 ayə)
İbrahimoğulları vəfat edən inananları Qurana istinadən(kəfənsiz,mollasız,Yasinsiz) dəfn edirlər və yas saxlamırlar(3,7,40 və s..).Dəfn Maidə surəsi-31 ayəsinə uyğun icra olunur.
İbrahimoğulları aralarinda olan mubahisəni və müzakirəni Allah rəsuluna həvalə edirlər(Nisa surəsi-59 ayə)
İbrahimoğulları siğə və başqa nigahları qəbul etmirlər,rəsmi nigahı üstün tuturlar.
İbrahimoğulları 4 qadın ilə nigah edə bilərlər və aralarında 4 arvadlılar var(Nisa surəsi-3 ayə)
İbrahimoğulları dində məcbriyyətin əleyhinədirlər(Bəqərə surəsi-256 ayə).
İbrahimoğulları yalnız özləri kəsdikləri heyvanların ətindən yeyirlər.Qısacası ancaq qurban əti yeyirlər.(Maidə surəsi-3)
İbrahimoğulları yalan danışmırlar və söyüş söymürlər(İsra surəsi-53 ayə).
İbrahimoğulları siqaret,içki,qumar və bütün pis vərdişlərdən uzaqdırlar(Bəqərə surəsi-219 ayə,Maidə surəsi-90).

Hacı Kazım Ibrahimoğlu

İsmarıc sayı : 264
Kayıt tarihi : 11/01/11
Yaş : 47
Şəhər/ölkə : Bekke

Əvvələ qayıt Aşağa gitmek

Geri: İbrahimogulları ilə müsəlmanların fərqləri

Yeni mövzu  Al_Furgan Bir C.a. Okt. 27, 2011 7:19 am

sen ne daniwirsan???)))))))))))))) Baki ne vaxtan Bekka olub???)))...

Al_Furgan

İsmarıc sayı : 19
Kayıt tarihi : 27/10/11

Əvvələ qayıt Aşağa gitmek

Geri: İbrahimogulları ilə müsəlmanların fərqləri

Yeni mövzu  ibn huseyn Bir C. Noy. 11, 2011 1:33 am

quranda bize muselman olmaq emr olunub, ibrahimi olmaq yox, eyer bir insan ozune muselman yox, ibrahimi deyirse, ele bu da mezhebdir de. Ibrahim peygember de ozune muselman demishdir. Allahdan qorxun, tovbe edin.

ibn huseyn

İsmarıc sayı : 15
Kayıt tarihi : 11/11/11

Əvvələ qayıt Aşağa gitmek

Geri: İbrahimogulları ilə müsəlmanların fərqləri

Yeni mövzu  Hacı Kazım Ibrahimoğlu Bir C. Noy. 11, 2011 7:20 pm

Al_Furgan yazıb:sen ne daniwirsan???)))))))))))))) Baki ne vaxtan Bekka olub???)))...

Bəs Bəkkə haradır?
düşünərsən ki,Bekke elə Məkkədir ha..Əsla,çünki Məkkə sözü Quranda Fəth surəsi-24-də var.
Demək ki,Bəkkə ayrı yerdir,Məkkə ayrı yer.
Biz Məkkəni inkar etmirik,ancaq qədim ev kimi Bəkkəni qəbul edirik.

Hacı Kazım Ibrahimoğlu

İsmarıc sayı : 264
Kayıt tarihi : 11/01/11
Yaş : 47
Şəhər/ölkə : Bekke

Əvvələ qayıt Aşağa gitmek

Geri: İbrahimogulları ilə müsəlmanların fərqləri

Yeni mövzu  Hacı Kazım Ibrahimoğlu Bir C. Noy. 11, 2011 7:27 pm

ibn huseyn yazıb:quranda bize muselman olmaq emr olunub, ibrahimi olmaq yox, eyer bir insan ozune muselman yox, ibrahimi deyirse, ele bu da mezhebdir de. Ibrahim peygember de ozune muselman demishdir. Allahdan qorxun, tovbe edin.

Quranda sizə Müslim olmaq əmr olunub.
Demək ki,siz müslim olsanız, Qurana tabe olacaqsınız.Bəqərə-2.
Qurana tabe olsanız, Allahın dediyi dində hənif İbrahim dinində olacaqsınız.Ali-İmran-95,Nəml--123.
hənif İbrahimin dinində olsanız,atanız Muhəmməd yox(Əhzab-40),İbrahim olacaq.Həcc-78.
Atanız İbrahim olsa,İbrahimoglu olacaqsınız.
Beləliklə siz Müslim olacaqsınız və Biz qardaş olacağıq.
İbrahimogulları elə müslimdir,yəni Allaha təslim olandır.

Hacı Kazım Ibrahimoğlu

İsmarıc sayı : 264
Kayıt tarihi : 11/01/11
Yaş : 47
Şəhər/ölkə : Bekke

Əvvələ qayıt Aşağa gitmek

Geri: İbrahimogulları ilə müsəlmanların fərqləri

Yeni mövzu  N_ن_N Bir Ç.a. İyul 10, 2012 6:34 pm

Allahın salamı , rəhməti və bərəkəti olsun rəsullarının üzərinə!

Mənə maraqlıdır ki, siz qəniməti hardan götürürsüz ?

Mən də Allahın rəsulu olsam o qənimətdən mənə də çatarmı ?

Mən necə Allahın rəsulu ola bilərəm ?

Mən Allahın rəsulu olduğumu iddia etsəm, məni Allahın rəsulu kimi qəbul edərsizmi ?

"Hə"-sə niyə "hə" ?

"Yox"-sa niyə "yox" ?

Təşəkkürlər!

Allah hamımızı doğru yola hidayət eləsün! Amin!

N_ن_N

İsmarıc sayı : 375
Kayıt tarihi : 10/07/12

Əvvələ qayıt Aşağa gitmek

Geri: İbrahimogulları ilə müsəlmanların fərqləri

Yeni mövzu  Yusif_Kazim_İbrahimoglu Bir Çər. İyul 11, 2012 6:28 am

Allahın salamı , rəhməti və bərəkəti olsun rəsullarının üzərinə! ------ Amin!

Mənə maraqlıdır ki, siz qəniməti hardan götürürsüz ? --------- Qənimət ALLAH-ın bizə yetirdiyi hər bir şeydir.-8-ci surə-(41).Və bilin, o şeydən ki, sizə qənimət yetişir, Allah üçündür onun beşdə biri və rəsul üçün və yaxınlar üçün və yetimlərin və miskinlərin və yol oğlunun, əgər inandınız Allah ilə və nə ki, nazil etdik bəndəmizin üzərinə fərqləndirmə günündə – o gündə ki, iki cəm görüşdü. Allah üzərində külli şeyin Qadirdir!

Mən də Allahın rəsulu olsam o qənimətdən mənə də çatarmı ? --------- ALLAH Quranda buyurursa , çatar.-8-ci surə-(1).Ismi ilə Allahın – Rəhmanın, Rəhimin! Sual edirlər səndən qənimət barəsində, de: «Qənimət Allah və Onun rəsulu üçündür. Qorxun Allahdan və öz aranızda saleh olun və itaət edin Allaha və Onun rəsuluna, əgər oldunuz inananlar!»

Mən necə Allahın rəsulu ola bilərəm ? --------- ALLAH seçib qaldırsa, ola bilərsiniz.---22-ci surə-(75).Allah mələklərdən və insanlardan rəsullar seçər. Həqiqətən, Allah Səmidir, Bəsirdir!

Mən Allahın rəsulu olduğumu iddia etsəm, məni Allahın rəsulu kimi qəbul edərsizmi ? -----13-cü surə-
(43).Deyirlər o kəslər ki, kafirdirlər: «Sən mürsəl deyilsən!» De: «Kafidir Allahın şahidliyi mənimlə sizin aranızda və o kəsin ki, onun yanında kitabdan elm var!»- bu şərtlər varsa ,iddia etmək lazım deyil.ALLAH şahiddir.

"Hə"-sə niyə "hə" ?

"Yox"-sa niyə "yox" ?

Təşəkkürlər!

Allah hamımızı doğru yola hidayət eləsün! Amin!

Yusif_Kazim_İbrahimoglu

İsmarıc sayı : 298
Kayıt tarihi : 13/01/11

Əvvələ qayıt Aşağa gitmek

Geri: İbrahimogulları ilə müsəlmanların fərqləri

Yeni mövzu  N_ن_N Bir Çər. İyul 11, 2012 9:53 pm

Yusif_Kazim_İbrahimoglu yazıb:Allahın salamı , rəhməti və bərəkəti olsun rəsullarının üzərinə! ------ Amin!

Mənə maraqlıdır ki, siz qəniməti hardan götürürsüz ? --------- Qənimət ALLAH-ın bizə yetirdiyi hər bir şeydir.-8-ci surə-(41).Və bilin, o şeydən ki, sizə qənimət yetişir, Allah üçündür onun beşdə biri və rəsul üçün və yaxınlar üçün və yetimlərin və miskinlərin və yol oğlunun, əgər inandınız Allah ilə və nə ki, nazil etdik bəndəmizin üzərinə fərqləndirmə günündə – o gündə ki, iki cəm görüşdü. Allah üzərində külli şeyin Qadirdir!

Axı, dediyin surədə dediyiniz ayədə elə şey yazılmayıb ki, "Allahın bizə yetirdiyi hər şey qənimətdir"

Ayədə yazılıb :

Əgər siz Allaha və (haqla batilin) ayırd edildiyi gün – iki dəstənin qarşı-qarşıya gəldiyi gün qulumuza nazil etdiyimizə iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz qənimətlərin beşdə biri Allaha, Onun Elçisinə, onun qohum-əqrəbasına, yetimlərə, kasıblara və müsafirlərə məxsusdur. Allah hər şeyə qadirdir.

Deməli, ÜMUMƏN HƏR ŞEY YOX, döyüşdə əldə etdiyimiz hər şey qənimətdi.

Mən də Allahın rəsulu olsam o qənimətdən mənə də çatarmı ? --------- ALLAH Quranda buyurursa , çatar.-8-ci surə-(1).Ismi ilə Allahın – Rəhmanın, Rəhimin! Sual edirlər səndən qənimət barəsində, de: «Qənimət Allah və Onun rəsulu üçündür. Qorxun Allahdan və öz aranızda saleh olun və itaət edin Allaha və Onun rəsuluna, əgər oldunuz inananlar!»

Deməli, mən də desəm ki, Allahın rəsuluyam mənə də çatar ? )

Sizi Allah Quranda buyurub ki, sizə çatır ? )

Mən necə Allahın rəsulu ola bilərəm ? --------- ALLAH seçib qaldırsa, ola bilərsiniz.---22-ci surə-(75).Allah mələklərdən və insanlardan rəsullar seçər. Həqiqətən, Allah Səmidir, Bəsirdir!

Mən desəm ki, "Allah məni də seçib qaldırıb" o zaman Allahın rəsulu hesab edilirəmmi ?

Mən Allahın rəsulu olduğumu iddia etsəm, məni Allahın rəsulu kimi qəbul edərsizmi ? -----13-cü surə-
(43).Deyirlər o kəslər ki, kafirdirlər: «Sən mürsəl deyilsən!» De: «Kafidir Allahın şahidliyi mənimlə sizin aranızda və o kəsin ki, onun yanında kitabdan elm var!»- bu şərtlər varsa ,iddia etmək lazım deyil.ALLAH şahiddir.

Axı, mən elə bir söz deməmişəm )

Mən sizə "sən mürsəl deyilsən" demişəmmi ? )

Xahiş edirəm, suallarıma cavab verin! Təşəkkürlər! )

Ümumiyyətlə, nə etmək lazımdır ki, dediyiniz ayələr mənə də şamil olsun ?

Gətirdiyiniz hər bir ayənin mənə də şamil olduğunu, mənim də ALlahın rəsulu olduğumu söyləsəm, sizi cəbhəyə keçirəmmi ? )

Ümumiyyətlə, necə bilmək olar ki, mən Allahın rəsuluyam ya yox ? )

[/quote]

N_ن_N

İsmarıc sayı : 375
Kayıt tarihi : 10/07/12

Əvvələ qayıt Aşağa gitmek

Geri: İbrahimogulları ilə müsəlmanların fərqləri

Yeni mövzu  Yusif_Kazim_İbrahimoglu Bir C.a. İyul 12, 2012 5:25 am

N_ن_N yazıb:

Ayəni belə tərcümə edəndə, sizin dediyiniz qənaətə gəlmək olar.
Siz, əlinizə əziyyət çəkmədən qələn bir şeyə, qənimət deyirsinizmi?Biz tərəflərdə deyirlər:"hər nədirsə, qənimətdir, şükür elə."
Sizin məntiqlə özünə müsəlman deyən və ALLAH-ın dəvət etdiyi "darussalama" can atan birisi və ya cəmisi, kimə isə hücum edib, yaxud müdafiə olunaraq öldürdüyü rəqibinin, qanına bulaşmış əşyanı( müharibəyə gedənin üstündə xəzinələr olmaz ki) ayaqqabını, şalvarı, tumanı, papağı, bir-iki xırda pulu bölərək ALLAH rəsuluna verməlidir, və "Ay insanlar , belə deyil ki, dünya malından ötəri nəfsinizə zülm edəsiniz!"ayəsini özünə rəhbər tutan ALLAH rəsulu da, onları alıb evinə apara.Yaxud da, Əbu Ləhəbə verə!)

Yeni mövzu  Yusif_Kazim_İbrahimoglu Bir C.a. İyul 12, 2012 5:30 am

Yeni mövzu  Yusif_Kazim_İbrahimoglu Bir C.a. İyul 12, 2012 5:45 am

Ümumiyyətlə, nə etmək lazımdır ki, dediyiniz ayələr mənə də şamil olsun ?------ Quranı Haqq tilavatla qiraət etmək lazımdır.ALLAH-ın hənif dininə iman gətirmək lazımdır:

Nəhl surəsi-(123).Sonra Biz sənə vəhy etdik: «Tabe ol hənif Ibrahim millətinə və olmadı o, müşriklərdən!
.
ALLAH sənə sənin özündən, öz içərindən rəsul qaldırmalıdır ki:

Ali İmran surəsi-(164).Əlbəttə, minnəti Allahın üzərinə inananların, onda qaldırdı onlarda rəsul nəfslərindən - tilavatı üzərinə onların ayətlərini Onun və paklayır onları və öyrədir onlara kitabı və hikməti və əgər oldular qabaqcadan zəlalətdə aşkar.

Daha sonra ALLAH-ın sənə qaldırdığı rəsulu qəbul edəsən

Yunus surəsi-10—47 : (47).Külli ümmət üçün rəsul var. Onda ki, gəldi onların rəsulları, aralarında insafla hökm olunar və onlara zülm olunmaz!

Yusif_Kazim_İbrahimoglu

İsmarıc sayı : 298
Kayıt tarihi : 13/01/11

Əvvələ qayıt Aşağa gitmek

Geri: İbrahimogulları ilə müsəlmanların fərqləri

Yeni mövzu  Yusif_Kazim_İbrahimoglu Bir C.a. İyul 12, 2012 5:48 am

Və sonda : Nun , isteza etmə və bizləri ələ salmağa çalışma, ALLAH bilir ürəklərin zatını.Yoxsa:

Rəd surəsi-(32).Əlbəttə səndən qabaqkı rəsullar ilə istehza etdilər və Mən möhlət verdim o kəslərə ki, kafir idilər, sonra onları yaxaladım və necə oldu Mənim iqabım!

Yusif_Kazim_İbrahimoglu

İsmarıc sayı : 298
Kayıt tarihi : 13/01/11

Əvvələ qayıt Aşağa gitmek

Geri: İbrahimogulları ilə müsəlmanların fərqləri

Yeni mövzu  N_ن_N Bir C. İyul 13, 2012 5:16 am

Yusif_Kazim_İbrahimoglu yazıb:Ayəni belə tərcümə edəndə, sizin dediyiniz qənaətə gəlmək olar.
Siz, əlinizə əziyyət çəkmədən qələn bir şeyə, qənimət deyirsinizmi?Biz tərəflərdə deyirlər:"hər nədirsə, qənimətdir, şükür elə."

Qardaşım indi biz ayəni əsas götürək ya siz tərəflərdə deyiləni ?

Sizin məntiqlə özünə müsəlman deyən və ALLAH-ın dəvət etdiyi "darussalama" can atan birisi və ya cəmisi, kimə isə hücum edib, yaxud müdafiə olunaraq öldürdüyü rəqibinin, qanına bulaşmış əşyanı( müharibəyə gedənin üstündə xəzinələr olmaz ki) ayaqqabını, şalvarı, tumanı, papağı, bir-iki xırda pulu bölərək ALLAH rəsuluna verməlidir, və "Ay insanlar , belə deyil ki, dünya malından ötəri nəfsinizə zülm edəsiniz!"ayəsini özünə rəhbər tutan ALLAH rəsulu da, onları alıb evinə apara.Yaxud da, Əbu Ləhəbə verə!)

Onda sizin məntiqlə də belə çıxır ki, sizin qardaşlardan birini maşın vursa, can üstündə olanda desə ki, üstümdəki bütün paltarları sənə bağışlayıram. Bu qanlı tuman, köynək, ayaqqabı , qəpik , quruş və s . də qənimətdi. Bu qanlı, alt-tuman köynəyi aparıb Ələsgərə vermək lazımdı ? )

Yoxsa, bu qənimət deyil ? )

Xahiş edirəm bunu cavablandırın! )

N_ن_N

İsmarıc sayı : 375
Kayıt tarihi : 10/07/12

Əvvələ qayıt Aşağa gitmek

Geri: İbrahimogulları ilə müsəlmanların fərqləri

Yeni mövzu  Hacı Kazım Ibrahimoğlu Bir Çər. İyul 18, 2012 6:41 pm

Xeyr,bizim məntiqdən belə çıxmır.
"Ən doğrusu İslam adı altında işğalçılıq,zəbtetmə,güc və zor ilə qalib gəldiyin insanların--kişilərin,qadınların,qocaların,uşaqların var-dövlətini talayıb gətirib Muhəmməd ə.s-a 5-dən birini verməkdir"
İnandırıcıdırmı?
Heç belə də edə bilməzsiniz e!
Çünki sizin rəsulunuz yoxdur!!!

Hacı Kazım Ibrahimoğlu

İsmarıc sayı : 264
Kayıt tarihi : 11/01/11
Yaş : 47
Şəhər/ölkə : Bekke

Əvvələ qayıt Aşağa gitmek

Geri: İbrahimogulları ilə müsəlmanların fərqləri

Yeni mövzu  N_ن_N Bir Çər. İyul 18, 2012 8:10 pm

Xeyr,bizim məntiqdən belə çıxmır.
"Ən doğrusu İslam adı altında işğalçılıq,zəbtetmə,güc və zor ilə qalib gəldiyin insanların--kişilərin,qadınların,qocaların,uşaqların var-dövlətini talayıb gətirib Muhəmməd ə.s-a 5-dən birini verməkdir"
İnandırıcıdırmı?
Heç belə də edə bilməzsiniz e!
Çünki sizin rəsulunuz yoxdur!!!

Elə çıxmırsa, zəhmət olmasa sualımı cavablandırın!

Onda sizin məntiqlə də belə çıxır ki, sizin qardaşlardan birini maşın vursa, can üstündə olanda desə ki, üstümdəki bütün paltarları sənə bağışlayıram. Bu qanlı tuman, köynək, ayaqqabı , qəpik , quruş və s . də qənimətdi. Bu qanlı, alt-tuman köynəyi aparıb Ələsgərə vermək lazımdı ? )

Yoxsa, bu qənimət deyil ? )

Xahiş edirəm bunu cavablandırın! )

Bu halda sizin əlinizə keçənlər qənimətdi ya yox ?
Onları ələsgərə vermək lazımdı ya yox ?

N_ن_N

İsmarıc sayı : 375
Kayıt tarihi : 10/07/12

Əvvələ qayıt Aşağa gitmek

Geri: İbrahimogulları ilə müsəlmanların fərqləri

Yeni mövzu  Yusif_Kazim_İbrahimoglu Bir Çər. İyul 25, 2012 3:14 am

Onda sizin məntiqlə də belə çıxır ki, sizin qardaşlardan birini maşın vursa, can üstündə olanda desə ki, üstümdəki bütün paltarları sənə bağışlayıram. Bu qanlı tuman, köynək, ayaqqabı , qəpik , quruş və s . də qənimətdi. Bu qanlı, alt-tuman köynəyi aparıb Ələsgərə vermək lazımdı ? )

ALLAH-ın Salamı olsun!
siznki lap müctehidlərin risalə- misallarına oxşadı!))) :" əgər yol gedəndə birdən..." əgər namaz qılarkən birdən..." "əgər bir quyuya birdən nəcis düşərsə..." və s. və s. mənasız və insanları çətinliyə salan sərsəmləmələrinə bənzər suallar verirsiniz!

Bizdə bir qardaşı maşın vurdu və o öz paltarlarını heç kəsə vəsiyyət etmədi!Çünki o, sizin sərsəm suallarınızdan və məntiqinizdən xəbərsiz idi.)))

Yusif_Kazim_İbrahimoglu

İsmarıc sayı : 298
Kayıt tarihi : 13/01/11

Əvvələ qayıt Aşağa gitmek

Geri: İbrahimogulları ilə müsəlmanların fərqləri

Yeni mövzu  N_ن_N Bir Çər. İyul 25, 2012 9:21 pm

Yusif_Kazim_İbrahimoglu yazıb:Onda sizin məntiqlə də belə çıxır ki, sizin qardaşlardan birini maşın vursa, can üstündə olanda desə ki, üstümdəki bütün paltarları sənə bağışlayıram. Bu qanlı tuman, köynək, ayaqqabı , qəpik , quruş və s . də qənimətdi. Bu qanlı, alt-tuman köynəyi aparıb Ələsgərə vermək lazımdı ? )

ALLAH-ın Salamı olsun!
siznki lap müctehidlərin risalə- misallarına oxşadı!))) :" əgər yol gedəndə birdən..." əgər namaz qılarkən birdən..." "əgər bir quyuya birdən nəcis düşərsə..." və s. və s. mənasız və insanları çətinliyə salan sərsəmləmələrinə bənzər suallar verirsiniz!

Bizdə bir qardaşı maşın vurdu və o öz paltarlarını heç kəsə vəsiyyət etmədi!Çünki o, sizin sərsəm suallarınızdan və məntiqinizdən xəbərsiz idi.)))

Allahın salamı olsuN!

Hacı, xahiş edirəm ədəbsizlik etməyin! )

Biz ədəbsizlik etsək, bizi "yola vermək" mümkündür. Çünki, biz "kafirik" )

Amma, siz ədəbsizlik etsək, bunu heç yerə yozmaq olmaz )

Çünki, siz iddia etdiyinizə görə "ALlahın rəsulusuz" ...

Əgər siz özünüz belə ədəbsizlik edirsizsə, sizin ardınızca gedənlər sizdən hansı ədəbi öyrənsinlər ? )

2.siznki lap müctehidlərin risalə- misallarına oxşadı!))) :" əgər yol gedəndə birdən..." əgər namaz qılarkən birdən..." "əgər bir quyuya birdən nəcis düşərsə..." və s. və s. mənasız və insanları çətinliyə salan sərsəmləmələrinə bənzər suallar verirsiniz!

Bizim islam alimləri məsələləri insanları çətinliyə salmaq üçün yox, məsələləri onlara asanlaşdırmaq üçün bu məsələləri izah edirlər. Bunları da Quran və sünnətə söykənərək edirlər )

Onların etdikləri də qətiyyən sərsəmləmə deyildir.
Sizə sərsəmləmə görünə bilər! )

Sizin başa düşməməyiniz də təbiidi )
Alimlər haqqında işlətdiyiniz bu təhqiramiz sözlərə görə isə Qiyamət günü ALlahın hüzuruna çıxdığınız zaman cavab verərsiz inşaAllah! )

3. Sizin bir qardaşınızı maşın vurubsa və o bunu etməyibsə öz işidir. Bunun mətləbə dəxli yoxdur!

Vəsiyyət etsə, bu əşyalar kimə düşür ? ) Mənə maraqlıdır ki, vəsiyyət etdiyi təqdirdə onun qanlı alt paltarları ələsgərə çatır ya yox ? )

4. Bizim suallarımızı və məntiqimizi sərsəmlik adlandırıb , lağ-lağı etdiyinizə görə təşəkkür edirəm!
Biz sizə öz haqqımızı halal edirik! )

Alimlərin haqlarının haqq sahibi isə özləridi )

Onlardan qiyamət günü özünüz halallıq alarsız! )

İndi isə sualıma cavab verin zəhmət olmasa!

Həmin qardaşların qanlı alt paltarları Ələsgərə çatır ya çatmır ? )

N_ن_N

İsmarıc sayı : 375
Kayıt tarihi : 10/07/12

Əvvələ qayıt Aşağa gitmek

Geri: İbrahimogulları ilə müsəlmanların fərqləri

Yeni mövzu  Yusif_Kazim_İbrahimoglu Bir C.a. İyul 26, 2012 6:04 am

Sizə bir dəfə verilən cavabı bir də istəməyin.Hansı sualınızı mənasız sayıramsa, cavab verməyəcəyəm.

Elə sual verin ki, sual öz içərisində istehza gizlətməsin ki, onu açıqlayanda içərisindən sizin üçün təhqir görünən cavablar çıxmasın.

Bizim səbrimizi sınağa çəkməyin.Çünki belə bir dua var:

Mümtəhinə surəsi-(5).Rəbbimiz! Bizi sınaq vasitəsi etmə o kəslər üçün ki, kafirdirlər və bağışla bizim üçün. Rəbbimiz! Həqiqətən, Sən – Sən Əzizsən, Həkimsən!»

Yusif_Kazim_İbrahimoglu

İsmarıc sayı : 298
Kayıt tarihi : 13/01/11

Əvvələ qayıt Aşağa gitmek

Geri: İbrahimogulları ilə müsəlmanların fərqləri

Yeni mövzu  N_ن_N Bir C.a. İyul 26, 2012 6:30 am

Yusif_Kazim_İbrahimoglu yazıb:Sizə bir dəfə verilən cavabı bir də istəməyin.Hansı sualınızı mənasız sayıramsa, cavab verməyəcəyəm.

Elə sual verin ki, sual öz içərisində istehza gizlətməsin ki, onu açıqlayanda içərisindən sizin üçün təhqir görünən cavablar çıxmasın.

Bizim səbrimizi sınağa çəkməyin.Çünki belə bir dua var:

Mümtəhinə surəsi-(5).Rəbbimiz! Bizi sınaq vasitəsi etmə o kəslər üçün ki, kafirdirlər və bağışla bizim üçün. Rəbbimiz! Həqiqətən, Sən – Sən Əzizsən, Həkimsən!»

"Cavab vermək" hələ TUTARLI cavab vermək sayılmır.

Məsələn, sizdən "saat neçədir" soruşsam, siz də "bu gün ayıb beşidir" desəz, bu da cavabdı. Amma, sualıma cavab deyil.

Odur ki, bir dəfə cavab verirsiz verin! Amma, sualma cavab verin və tutarlı cavab verin!

2. Mən də sizin HANSI SUALIMI MƏNASIZ SAYIB CAVAB VERMƏYƏCƏKSİZSƏ, HƏMİN SUALA CAVAB VERMƏKDƏ ACİZ QALIB CAVAB VERMƏYİDİNİZİ , sualımın qarşısında MAT QALDIĞINIZI anlayacağam )

3. Mənim sizə verdiyim sözlərin içərisində istehza olduğunu düşünmürəm. Varsa da, bu o demək deyil ki, siz məni təhqir edə bilərsiz )

Çünki, mən "kafirəm" . Siz isə "Allahın rəsulunun" məzhərindən faydalanmış "seçilmiş" kimsələr )

4. BUndan əlavə... Siz niyə görə bizi təhqir etməlisiz ki ?

5.Bəli! Elə bir dua var və o dua möminlərin Allaha etdiyi duadır. Odur ki, o duanın sizə aidiyyatı yoxdur )

Odur ki, siz bizim səbrimizi sınağa çəkməyin! )

Bizi dəqiqə başı təhqir edib , istehza, lağ-lağı etməyinizin nə mənası var ?

Hələ ki, biz sizdən belə əxlaqsızlıqlar görmüşük )

N_ن_N

İsmarıc sayı : 375
Kayıt tarihi : 10/07/12

Əvvələ qayıt Aşağa gitmek

Geri: İbrahimogulları ilə müsəlmanların fərqləri

Yeni mövzu  Yusif_Kazim_İbrahimoglu Bir C. İyul 27, 2012 3:20 am

ALLAH-ın Salamı olsun!

Buyrun sizə qarşı etdiyim əxlaqsızlığı mənə göstərin, mən ALLAH-dan bağışlanmaq istəyim və həmin əməlimi islah edim.Əmr be məruf.
Sizə gətirdiyim ayədə kafir sözü varsa, və bu sizə toxunursa, onda sizə öz dilimizdə eyni məna daşıyan "inanmayanlar" müraciəti edəcəyəm.Bu sizin ALLAH-a inanmamağınıza dəlalət etmir, ALLAH-ın bəzi ayələrini inkar etməyinizə dəlalət edir.

Yusif surəsi-(106).Onlardan əksəriyyəti inanırlar Allah ilə, ancaq şərik qoşaraq.

Yusif_Kazim_İbrahimoglu

İsmarıc sayı : 298
Kayıt tarihi : 13/01/11

Əvvələ qayıt Aşağa gitmek

Geri: İbrahimogulları ilə müsəlmanların fərqləri

Yeni mövzu  Yusif_Kazim_İbrahimoglu Bir C. İyul 27, 2012 3:32 am

Bəli! Elə bir dua var və o dua möminlərin Allaha etdiyi duadır. Odur ki, o duanın sizə aidiyyatı yoxdur )

Mən o duanı edəcəyəm , qadağan edəcəksiniz?Yoxsa siz ALLAH-ın bizə bəxş etdiyinə sahiblik etmək istəyirsiniz?

Nisa surəsi 53-Yoxsa hökmranlıqdan onların bir payı vardır? Elə olsaydı, onlar insanlara xurma çərdəyinin bir qırıntısını belə verməzdilər.54-Yoxsa onlar Allahın Öz lütfündən insanlara verdiyi şeyə görə onlara həsəd aparırlar? Biz İbrahimin nəslinə də Kitab və hikmət bəxş etmiş və onlara böyük bir səltənət vermişdik.

Yusif_Kazim_İbrahimoglu

İsmarıc sayı : 298
Kayıt tarihi : 13/01/11

Əvvələ qayıt Aşağa gitmek

Geri: İbrahimogulları ilə müsəlmanların fərqləri

Yeni mövzu  N_ن_N Bir C. İyul 27, 2012 10:28 pm

Yusif_Kazim_İbrahimoglu yazıb:ALLAH-ın Salamı olsun!
Buyrun sizə qarşı etdiyim əxlaqsızlığı mənə göstərin, mən ALLAH-dan bağışlanmaq istəyim və həmin əməlimi islah edim.Əmr be məruf.

Allahın salamı olsuN!

Siz mənim haqqıma girib , məndən niyə halallıq almırsız ki ?
Sizdə insandan halallıq almaq anlayışı yoxdu ?

Bəs etdiyiniz əxlaqsızlığa görə məndən üzr istəməyəcəksiz ? )

Sizə gətirdiyim ayədə kafir sözü varsa, və bu sizə toxunursa, onda sizə öz dilimizdə eyni məna daşıyan "inanmayanlar" müraciəti edəcəyəm.Bu sizin ALLAH-a inanmamağınıza dəlalət etmir, ALLAH-ın bəzi ayələrini inkar etməyinizə dəlalət edir.

Yox qardaş! )

Bizim məqsədimiz kafir sözü deyil. Sözləri tərcümə etdiyinizə görə də təşəkkür edirik. Amma, ehtiyac yoxdu. Kafir sözünün nə anlama gəldiyini bilirik )

Amma, yenə də təkid edirsizsə, zəhmət olmasa "kəfəra" felinin hansı anlamlarına gəldiyini yazın ! )

BUndan əlavə! Kafirlərin bizə kafir deməyi bizə zərrə qədər də təsir etmir ) Arxayın olun qardaş )

Hə ... Sİzə kafir deməyimizin , mürtəd deməyimizin də səbəbi Allaha inanmamağınız yox, Allahın ayələrini inkar edib, Allahın kitabını məna etibarı ilə təhrif etməyinizə görədir )

Yusif surəsi-(106).Onlardan əksəriyyəti inanırlar Allah ilə, ancaq şərik qoşaraq.

Bu Ayə isə müşriklərə aiddir.

Axı, bunun mətləbə nə dəxli var ? )

Məgər siz iddia edirsiz ki, biz ALlaha şərik qoşuruq ? )

N_ن_N

İsmarıc sayı : 375
Kayıt tarihi : 10/07/12

Əvvələ qayıt Aşağa gitmek

Geri: İbrahimogulları ilə müsəlmanların fərqləri

Yeni mövzu  N_ن_N Bir C. İyul 27, 2012 10:38 pm

Yusif_Kazim_İbrahimoglu yazıb:Bəli! Elə bir dua var və o dua möminlərin Allaha etdiyi duadır. Odur ki, o duanın sizə aidiyyatı yoxdur )

Mən o duanı edəcəyəm , qadağan edəcəksiniz?Yoxsa siz ALLAH-ın bizə bəxş etdiyinə sahiblik etmək istəyirsiniz?

Mən sizə qadağan etməkdən danışmadım.
Bu gün kafirlər bir çox işlər görürlər ki, heç kəs onlara mane ola bilmir, Allahdan başqa

Biz mane olub, əngəl tərötməkdən danışmırıq. Sizə aidiyyatı olmadığından danışırıq!

2. Siz ALlahın sizə bəxş etdiyinin dəyərini bilməyib, şeytanın sizə vəsvəsə etdiyinə yönəlmisiz.

Bu mənasız və mövzuya aidiyyatı olmayan sualları niyə verirsiz ki ? )

Amma, yenə də cavab almaq istəyirsizsə, yox!

Allahın sizə verdiyi sizindi. Bizim heç kəsin payında gözümüz yoxdu.

Nisa surəsi 53-Yoxsa hökmranlıqdan onların bir payı vardır? Elə olsaydı, onlar insanlara xurma çərdəyinin bir qırıntısını belə verməzdilər.54-Yoxsa onlar Allahın Öz lütfündən insanlara verdiyi şeyə görə onlara həsəd aparırlar? Biz İbrahimin nəslinə də Kitab və hikmət bəxş etmiş və onlara böyük bir səltənət vermişdik.

Nisa - (51) Kitabdan pay verilmiş kəsləri görmədinmi? Özləri cibtə və tağuta inanmaqla yanaşı (hələ bir) kafirlər üçün də: “Bunlar möminlərdən daha doğru yoldadırlar”– deyirlər.
(52) Onlar Allahın lənətlədiyi kəslərdir. Allah kimi lənətləyərsə, ona heç bir yardımçı tapmazsan.
(53)Yoxsa hökmranlıqdan onların bir payı vardır? Elə olsaydı, onlar insanlara xurma çərdəyinin bir qırıntısını belə verməzdilər.

Gördüyünüz kimi bu ayələrdə Allahın qınadığı bizlər - yəni, müsəlmanlar deyilik.

Əgər ayələrin şamil olduğu hər pis sifəti HEÇ BİR HAQQINIZ OLMADAN bizə, müsəlmanlara, ən yaxşı sifətləri isə HEÇ BİR HAQQINIZ OLMADAN özünüzə aidedəcəksizsə, o zaman biz də belə edə bilərik .

Məsələn deyə bilərik ki, bu ayədə Lutun (ə) qınadığı adamlar kimisiz!

Əraf - 80 : Lutu da (elçi göndərdik). Bir zaman o, öz qövmünə demişdi: “Sizdən əvvəl aləmlərdən heç kəsin etmədiyi iyrənc əməli sizmi edəcəksiniz?
Siz qadınları atıb şəhvətlə kişilərin üstünə gəlirsiniz. Siz, doğrudan da, həddi aşmış bir tayfasınız!”
Onun qövmünün cavabı: “Onları yurdunuzdan çıxarın. Axı onlar təmizliyə can atan adamlardır”– deməkdən başqa bir şey olmamışdı.

Sən deyə bilərsən ki, "axı sizin gətirdiyiniz ayədəki adamlar kimi deyilik" .

O zaman biz də sənə deyə bilərik ki, "axı biz də sənin gətirdiyin ayədəki admalar kimi deyilik"

O zaman siz niyə görə BİZƏ AİD OLMAYAN AYƏLƏRİ bizim əleyhimizə gətirirsiz ki ? )

ALlah sizi islah eləsiN!

Yenə də Quran ayələrini öz nəfsinizə uyğun təhrif edirsiz )

N_ن_N

İsmarıc sayı : 375
Kayıt tarihi : 10/07/12

Əvvələ qayıt Aşağa gitmek

Geri: İbrahimogulları ilə müsəlmanların fərqləri

Yeni mövzu  Yusif_Kazim_İbrahimoglu Bir Ş. İyul 28, 2012 3:26 am

Siz ALlahın sizə bəxş etdiyinin dəyərini bilməyib, şeytanın sizə vəsvəsə etdiyinə yönəlmisiz.--

Nədi şeytanın vəsvəsə etdiyi? Hansı əməlimizdir? İldə dörd ay oruc tutmağımız?İçkiyə, zinaya, harama bilmərrə əlvida deməyimiz?günümüzün çox hissəsini Aləmlərin Rəbbi olan ALLAH-ı zikr etməklə keçirməyimiz? ALLAH-ın bizlərə verdiyi ruziləri inanan qardaşlarımızla paylaşmağımız? ALLAH rəsullarına tabe olaraq çətin işlərimizdə ALLAH-ı Vəkil götürməyimiz?İşlərimizi Şura ilə yerinə yetirməyimiz?Hər kəsə ALLAH-ın Hənif dininə tabe olmağa çağırmağımız? Nədir şeytanın sizlərə verdiyi qıçıq?

Yusif_Kazim_İbrahimoglu

İsmarıc sayı : 298
Kayıt tarihi : 13/01/11

Əvvələ qayıt Aşağa gitmek

Geri: İbrahimogulları ilə müsəlmanların fərqləri

Yeni mövzu  Yusif_Kazim_İbrahimoglu Bir Ş. İyul 28, 2012 3:30 am

Nisa - (51) Kitabdan pay verilmiş kəsləri görmədinmi? Özləri cibtə və tağuta inanmaqla yanaşı (hələ bir) kafirlər üçün də: “Bunlar möminlərdən daha doğru yoldadırlar”– deyirlər.
(52) Onlar Allahın lənətlədiyi kəslərdir. Allah kimi lənətləyərsə, ona heç bir yardımçı tapmazsan.
(53)Yoxsa hökmranlıqdan onların bir payı vardır? Elə olsaydı, onlar insanlara xurma çərdəyinin bir qırıntısını belə verməzdilər.

Gördüyünüz kimi bu ayələrdə Allahın qınadığı bizlər - yəni, müsəlmanlar deyilik.

ALLAH Şahiddir!

Yusif_Kazim_İbrahimoglu

İsmarıc sayı : 298
Kayıt tarihi : 13/01/11

Əvvələ qayıt Aşağa gitmek

Geri: İbrahimogulları ilə müsəlmanların fərqləri

Yeni mövzu  Sponsored content

Sponsored content

Əvvələ qayıt Aşağa gitmek

1 səhifə (Cəmi 2 səhifə) 1, 2  Sonraki

Əvvələ qayıt

Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.