www.ibrahimi.biz
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Yalançı rəsulların 1-ci şübhəsinə cavab

+3
Hacı Kazım Ibrahimoğlu
N_ن_N
hənbəli_84
7 posters

1 səhifə (Cəmi 3 səhifə) 1, 2, 3  Sonraki

Aşağa gitmek

Yalançı rəsulların 1-ci şübhəsinə cavab Empty Yalançı rəsulların 1-ci şübhəsinə cavab

Yeni mövzu  hənbəli_84 C.a. Okt. 04, 2012 2:45 pm

Bismilləh,

1-ci ŞÜBHƏ:

Hacı Kazım Ibrahimoğlu yazıb:
Muhəmməd surəsi--. (2).Və o kəslər ki, inanırlar və əməlləri islahatdır və inandılar, nə ilə ki, nazildir üzərinə Muhəmmədin və o haqdır Rəblərindən onların, O örtər üstünü pis günahlarının və islah edər onları.

biz Muhəmmədə nazil olana inanırıq,siz isə hədislərə,alimlərə...

hənbəli_84

İsmarıc sayı : 71
Kayıt tarihi : 04/09/12

Əvvələ qayıt Aşağa gitmek

Yalançı rəsulların 1-ci şübhəsinə cavab Empty Geri: Yalançı rəsulların 1-ci şübhəsinə cavab

Yeni mövzu  hənbəli_84 C.a. Okt. 04, 2012 2:54 pm

Ayəni tam yerləşdiririk:

Muhəmməd surəsi, 2-ci ayə

وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَآمَنُوا بِمَا نُزِّلَ عَلَىٰ مُحَمَّدٍ وَهُوَ الْحَقُّ مِنْ رَبِّهِمْ ۙ كَفَّرَ عَنْهُمْ سَيِّئَاتِهِمْ وَأَصْلَحَ بَالَهُمْ

Ə. Musayevin tərcüməsi:
İman gətirib yaxşı işlər görənlərin, öz Rəbbindən gerçək həqiqət kimi Muhəmmədə nazil edilənə inananların isə (Allah) günahlarından keçmiş və onların vəziyyətini yaxşılaşdırmışdır.

Z.Bünyadov-V.Məmmədəliyevin tərcüməsi:
İman gətirib yaxşı əməllər edənlərin, Rəbbindən Muhəmmədə haqq olaraq nazil edilənə (Qurana) inananların isə günahlarının üstünü örtəcək, onların əhvalını (dünyada və axirətdə) düzəldəcəkdir (yaxşılaşdıracaqdır).

Перевод Эльмира Кулиева:
Он простил грехи и исправил положение тех, которые уверовали, совершали праведные деяния и уверовали в истину, ниспосланную Мухаммаду от их Господа.

hənbəli_84

İsmarıc sayı : 71
Kayıt tarihi : 04/09/12

Əvvələ qayıt Aşağa gitmek

Yalançı rəsulların 1-ci şübhəsinə cavab Empty Geri: Yalançı rəsulların 1-ci şübhəsinə cavab

Yeni mövzu  hənbəli_84 C.a. Okt. 04, 2012 3:12 pm

Ümumiyyətlə dini öz nəfislərinə və istəklərinə təhrif etmək istəyən insanlar həmişə insanları Sünnədən (hədislərdən) uzaqlaşdırmağa çalışmışlar.
Bəziləri özlərindən hədislər uydurmuş, bəziləri uydurma hədis kitabları yazmış və bir qismi ümumiyyətlə Sünnəni qəbul etməmişlər.

Allah subhənə təalə isə öz dinini (Quran və səhih hədislər) qorumuşdur.

Çünki Sünnə (hədislər) insan əməlləri nümunəsində Quran ayələrini izah edir (insan Quran ayələrini necə başa düşməlidir və necə əməl etməlidir), dinin tam təfsilatını verir və dini müxtəlif istiqamətlərə yozmağa imkan vermir.

Bu yalançı rəsullar da insanları Muhəmmədin (s) hədislərindən uzaqlaşdırmaqla Quranı öz istədikləri kimi izah etmək istəyirlər.

Tarixdə də təkcə Quranı qəbul edən və Sünnəni qəbul etməyən insanlar və firqələr olmuşdur. Belə firqələr Quranilər adlandırılmışdır.

Bu tamamilə batil əqidədir. Allahın izni ilə Qurandan dəlillər gətirməklə bunu sübut edəcəyik.

Redaktə edən: hənbəli_84, son redaktə tarixi: C.a. Okt. 04, 2012 3:17 pm, cəmi 2 dəfə

hənbəli_84

İsmarıc sayı : 71
Kayıt tarihi : 04/09/12

Əvvələ qayıt Aşağa gitmek

Yalançı rəsulların 1-ci şübhəsinə cavab Empty Geri: Yalançı rəsulların 1-ci şübhəsinə cavab

Yeni mövzu  hənbəli_84 C.a. Okt. 04, 2012 3:14 pm

bir elm tələbəsindən Quranilərin əqidəsinə rəddiyə:

hənbəli_84

İsmarıc sayı : 71
Kayıt tarihi : 04/09/12

Əvvələ qayıt Aşağa gitmek

Yalançı rəsulların 1-ci şübhəsinə cavab Empty Geri: Yalançı rəsulların 1-ci şübhəsinə cavab

Yeni mövzu  N_ن_N C. Okt. 05, 2012 3:34 am

Bismihi təala!

Hənbəli_84, düşünürdüm ki, siz həqiqətən də şübhələrə cavabı məhz Quran ayələri, səhih sünnə və ALİMLƏRİN rəyləri əsasında aparacaqsız.

BUndan əlavə, düşünürdüm ki, siz həqiqətən də müsəlmanların kafirlərə, zındıqlara, sapıqlara qarşı birləşməsini arzulayırsız.

Amma, özünüz, hansısa kəzzəbi ( yalançını ) , sapıqı və kafiri "elm tələbəsi" adlandırırsız.

Bu sapıq nə vaxtdan elm tələbısi oldu ? )

Yenə də Əlixanın adını çəksəydiz, deyərdik ki, Əlixan sizin "ELM" bildiyiniz şeyin tələbəsidir )

Yoxsa ki, bu yalançı nə vaxt elm tələbəsi oldu ? Bu heç müsəlman deyil, o ki, qaldı elm tələbəsi ola )

BU xəbis həyasızcasına müsəlmanları açıq-aşkar təkfir edən kafirin biridi )

Əgər biz bir müsəlman kimi, vəhdət arzulayırıqsa, kafirlərə , yalançılara qarşı birgə mübarizə aparmağı arzulayırıqsa, o zaman gərək bir kafiri, yalançını, digər kafirə, yalançı qarşı dəlil kimi istifadə etməyək!
Amma, bu o demək deyildir ki, bu xəbisdən, kafirdən dəlil gətirməyək, amma, başqa səviyyəsiz adamlardan dəlil gətirək.

Bundan əlavə, dəlil gətirərkən, ən azından öz şəxsiyyətinə hörmət etməyi bacaran, "meymunluq eləməyən", danışarkən müəyyən əxlaqı normaları qoruyan kimsələrdən dəlil gətirmək lazımdı.

Qamət, Samin, Useyd və s. bunlar hamısı qanacaqsız, əxlaqsız və yalançı kimsələrdi.

Söhbət ondan getmir ki, əqidələrini qəbul etmədiyimə görə belə deyirəm. Xeyr!

Əqidələri özlərinə, əxlaqları bizə!

Əlixan üçün niyə belə demirəm ?

Batil əqidəsi özünə. Amma, zahirən əxlaq qaydalarına riayət edən kimsəyə bənzəyir.

Ayıbdı qardaşım, vallahi, ayıbdı. Hər kafiri, xəbisi, təkfirçini "elm tələbəsi" adlandırmayın!

Bu kafir bizi müsəlman hesab eləmir. Bizi, yəni, müsəlmanı müsəlman hesab eləməyən bir kimsəni necə müsəlman hesab edə bilərsən ? )

Yox, əgər bu təkfirçini sən elm tələbəsi adlandırırsansa, o zaman sən də onun kimi bizi kafir hesab edirsən!

Əgər sən də onun kimi bizi kafir hesab edirsənsə, o zaman sənin "vəhdət çağırışların" öz səmimiyyətini itirir )

İnanıram ki, sən bu xəbisin videosunu bilməməzlik üzündən yerləşdirmisən və bunun vəhdət prinsiplərinə zidd olduğunu bilməmisən. İNşaAllah bu xətanı düzəldərsən! )

P.S

Hələ Qurana riayət etməyənlərə "qurani" adı vermək məsələsi ayrıca müzakirə edilməlidir.

N_ن_N

İsmarıc sayı : 375
Kayıt tarihi : 10/07/12

Əvvələ qayıt Aşağa gitmek

Yalançı rəsulların 1-ci şübhəsinə cavab Empty Geri: Yalançı rəsulların 1-ci şübhəsinə cavab

Yeni mövzu  hənbəli_84 B. Okt. 07, 2012 1:04 pm

N_ن_N yazıb:Bismihi təala!

Yaradan rəbbimin adı ilə.

N_ن_N, fikirləşirəm ki, siz də mənimlə razılaşarsınız ki, müsəlmanın əqidəsinə görə haqq sözü kimin deməsindən asılı olmayaraq qəbul etməlidir.

Yəni istər yəhudi olsun, istər müşrik olsun, istər erməni olsun əgər haqq söz deyirsə müsəlman həmin sözü qəbul etməli və təsdiqləməlidir ki, bu haqq sözdür.

Bu qoyduğum xütbədə Abu Zeyd quranilərin əqidəsinə zidd Qurandan dəlillər gətirir.Mənim nəzərimdə dəlilləri doğru gətirir və doğru izah edir. Başqa sözlə desək bu xütbədə dedikləri haqdır. Ümidvaram ki, sən də müsəlman əqidəsinə əsasən təsdiqləycəksən ki, Abu Zeydin bu xütbədə söylədikləri haqdır və doğru dəlillər gətirir.
Əgər belə bir xütbəni ateist və ya yəhudi söyləsəydi onu da bura qoyardım çünki dedikləri haqdır.

Abu Zeydin gətirdiyi dəlilləri mən özüm də yaza bilərdim. Sadəcə 40 dəqiqəlik dərsi yazmaq bir az çətindir.Belə bir xütbəni Şeyx Cavid də söyləsəydi onu da qoyardım.

Mən əminəm ki, Abu Zeyd bütün şiələri təkfir eləmir. Abu Zeyd kimləri təkfir edir bu ayrıca mövzudur.
Sİz də mənimlə razılaşarsınız ki, həm əhli sünnədə həm də şiələrdə təkfir olunmalı insanlar var.
Məsələn Əliyə Allah deyən şiələr (ələvilər) həqiqətən təkfir olunmalıdır.

hənbəli_84

İsmarıc sayı : 71
Kayıt tarihi : 04/09/12

Əvvələ qayıt Aşağa gitmek

Yalançı rəsulların 1-ci şübhəsinə cavab Empty Geri: Yalançı rəsulların 1-ci şübhəsinə cavab

Yeni mövzu  N_ن_N B. Okt. 07, 2012 2:43 pm

Ismi ilə Allahın, Rəhmanın, Rəhimin. Rəbbidir aləmlərin!

Bizim etirazım nə xütbəyədir, nə də hansısa bir şəxsə.

Şəxsən mən elm əhli olmayan insanların sayıqlamarına qulaq asmağı vaxt itkisi hesab edirəm ki, Əbu Zeyd də bunlardan biridir.

Bu sayıqlamasına qulaq asmadığıma onun həqiqət söyləməsini təsdiq edə bilmərəm.

Bundan əlavə... Cahil kimsə xeyir vermək istrəyər , amma, zərər verər. Odur ki, elm əhli olmayan kimsənin ELM ƏHLİ kimi çıxış etməsi yol verilməzdi və xətalarının olması labüddür. Nə mövzuda danışır danışsın. Əgər Əbu Zeyd öz şəxsi düşüncələrini bildirirsə ( mövzudan asılı olmayaraq ) bu başqa məsələ. AMma, ELM ƏHLİ kimi çıxış edə, özünü elm əhli kimi təqdim edə bilməz. Elm əhli olmayanların əlinə düşsə, zahirən faydalı kimi görünsə də zərərlidir.

Bundan da əlavə... Mənim etirazım tamamilə başqa şeyə idi hənbəli_84.

Mən SİZİN ELM ƏHLİ OLMAYAN CAHİL BİR KAFİRİ ELM ƏHLİ kimi təqdim etmənizə etiraz etmişəm.

Yəni, CAHİLİN ALİMLİK ELƏMƏSİ QÜSURDU. AMMA, CAHİLƏ KƏNARDAKILARIN ALİM DEMƏSİ DƏ QÜSURDU. Deməli, biz birinci qüsurdan çox , ikinci qüsura etiraz etmişik.

2. Əbu Zeyd əl-kəzzəb , yəni, yalançı Şahin öz cızma-qaralarında mütləq olaraq bütün şiələri təkfir edir!

3.
"Sİz də mənimlə razılaşarsınız ki, həm əhli sünnədə həm də şiələrdə təkfir olunmalı insanlar var.
Məsələn Əliyə Allah deyən şiələr (ələvilər) həqiqətən təkfir olunmalıdır."

Mən sizinlə razıyam ki, hətta, vahabilərin içində də təkfir olunası kimsələr vardır ki, onlardan biri də elə haqqında söhbət edilən əbu zeyd əl-kəzzəbdir.

AMma, istər əhli-sünnənin, istər gerçək əhli-sünnə olan şiələrin içərisində mən hələ ki, təkfir ediləsi kimsələr görməmişəm. Nasibilər istisnadır ki, biz onları sünni yox, nasibi hesab edirik.

4.
Məsələn Əliyə Allah deyən şiələr (ələvilər) həqiqətən təkfir olunmalıdır.

Əliyə (ə) Allah deyənlər niyə görə şiə hesab edilməlidir ki ? )

Niyə görə Əli (ə) haqqında gözəl sözlər söylənəndə "Əli (ə) təkcə şiələri məxsus deyil" deyə etiraz edilir, "Əlini (ə) sevmək şiəlikdirsə, biz də şiəyik" deyilir, Amma, Əlini (ə) sevməkdə ifrata varılanda yaxalar kənara çəkilir ? )

5. Heç bir şiə nəinki Əlini (ə) , heç kəsi Allah bilmir. Əlini (ə) Allah bilənləri şiə adlandıran qeyri-şiələr ya hiyləgərliklə bunu edir, ya cahillikdən belə deyillər.

Biz ümid edirik ki, siz birinci kateqoriyaya yox, ikinci kateqoriyaya aidsiz və inşaAllah bu məsələlərə diqqət edəcəksiz.

6. BUndan da əlavə, bu xəbis Əliyə (ə) Allah deyənləri yox, məhz şiələri kafir hesab edir.

Bunu da cızma -qarasında açıq-aşkar yazır.

7.. Ümumiyyətlə təklif edirəm ki, bu və bu kimi yalançıları elm əhli kimi təqdim edim onlardan dəlil gətirməkdənsə, həqiqi elm əhlindən dəlil gətirmək, yaxud, eləcə Quran və sünnəyə əsasən dəlil gətirmək daha məqsədə uyğundur. Eybi yoxdur! Bir az artıq vaxt sərf edib daha çox əziyyət çəkərsiz, əcrinizi ALlah verər.

Allah sizi xeyirlə mukafatlandırsın! AmiN!

N_ن_N

İsmarıc sayı : 375
Kayıt tarihi : 10/07/12

Əvvələ qayıt Aşağa gitmek

Yalançı rəsulların 1-ci şübhəsinə cavab Empty Geri: Yalançı rəsulların 1-ci şübhəsinə cavab

Yeni mövzu  hənbəli_84 B.e. Okt. 08, 2012 1:34 pm

N_ن_N, Sizin bəzi iradlarınızı qəbul edirəm, bəziləri ilə isə razı deyiləm.

Ancaq bura belə məsələlərin müzakirə yeri deyil. İnşəAllah görüşüb daha ətraflı müzakirə aparmaq olar.

İnşəAllah çalışaram sizin iradlarınızı nəzərə alım.

hənbəli_84

İsmarıc sayı : 71
Kayıt tarihi : 04/09/12

Əvvələ qayıt Aşağa gitmek

Yalançı rəsulların 1-ci şübhəsinə cavab Empty Geri: Yalançı rəsulların 1-ci şübhəsinə cavab

Yeni mövzu  hənbəli_84 B.e. Okt. 08, 2012 2:16 pm

Mövzuya davam edək Uca Allahın izni ilə.

Yalançı rəsulun 1-ci şübhəsinə diqqət yetirək:

1-ci ŞÜBHƏ:

Hacı Kazım Ibrahimoğlu yazıb:
Muhəmməd surəsi--. (2).Və o kəslər ki, inanırlar və əməlləri islahatdır və inandılar, nə ilə ki, nazildir üzərinə Muhəmmədin və o haqdır Rəblərindən onların, O örtər üstünü pis günahlarının və islah edər onları.

biz Muhəmmədə nazil olana inanırıq,siz isə hədislərə,alimlərə...

Bu yalançı rəsul (Kazım) ayəni elə öz nəfsinə uyğun yozur ki, guya Muhəmmədə nazil edilən təkcə Quran kitabıdır.

Onun bu yozumunu aşağıdakı Quran ayələri yalanlayır.

1-ci dəlil ayə
4:113
Əgər sənə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, onların bir qismi səni (doğru yoldan) azdırmaq niyyətində ola-caqdı. Amma onlar özlərindən başqa heç kəsi azdıra bilməz və sənə də heç bir şeylə zərər vura bilməzlər. Allah sənə kitabı və hikməti nazil etdi və bilmədiyin şeyləri sənə öyrətdi. Allahın sənə olan lütfü böyükdür.

Yaxşı ayədə ki, "kitab" Qurandır, "hikmət" nədir?

Ayədən aydın olur ki, "hikmət" Qurandan ayrı olan bir şeydir və onu da Allah nazil edib.

Deməli Allahın Muhəmmədə (s) nazil etdiyi təkcə Quran kitabı deyil, bu da yalançı rəsulun yozumunun yanlış olduğunu sübut edir.

Allah Muhəmmədə (s) Quran kitabından əlavə "hikməti" -- Quran ayələrini başa düşülmə və əməl etmə qaydalarını da nazil etmişdir. Bu qaydalar isə bizə hədislər şəklində gəlib çatmışdır.

2-ci dəlil ayələr

53:3-4
O, öz istəyi ilə danışmır. Bu, ona təlqin edilən bir vəhydir.

Ayədən aydın olur ki, Muhəmməd peyğəmbər (s) öz istəyi ilə danışmayıb. Yəni onun hər bir sözü ona təlqin olunan vəhydir.
Muhəmməd (s) təkcə Quran ayələri ilə danışmayıb ki, başqa sözlər də danışıb. Ayə göstərir ki, bu sözlər də vəhydir yəni Allahdan nazil olub.

Bu ayə bir daha Allahın Muhəmmədə (s) nazil etdiyinin təkcə Quran kitabı olmadığını sübut edir və yalançı rəsul Kazım yozumunun yalan olduğunu göstərir.

3-cü dəlil ayə

16:44
(Biz onları) aydın dəlillər və kitablarla (göndərdik). Sənə də Zikri nazil etdik ki, insanlara, onlara nazil olanı izah edəsən və bəlkə onlar fikirləşələr.

Muhəmməd peyğəmbərin (s) vəzifələrindən biri də Allahın ayələrini insanlara izah etməkdir.
Əgər Allahın Muhəmmədə (s) nazil etdiyi təkcə Quran kitabı olsa idi onda belə çıxır ki, Muhəmməd (s) Quran ayələrini öz ağlına görə izah edib.

Məsələn Quranda namaz qılınması əmr olunub, ancaq dəqiq namazın qılınma qaydası bildirilməyib.
Yalançı rəsul Kazımın sözündən çıxır ki, Muhəmmədə (s) nazil olan təkcə Qurandır, yəni "namazın qılınma qaydası" nazil olmayıb.

Göstərdiyim Quran ayəsinə görə isə Muhəmməd peyğəmbər (s) isə namazın necə qılınması qaydasını insanlara izah edib.
Yalançı rəsul Kazımın sözündən belə çıxır ki, Muhəmməd (s) namazın qılınması qaydasını özündən uydurub.

Aydındır ki, bu yeni yalançı rəsullar namaz qılınma qaydasını özlərindən uydururlar.

Ancaq müsəlmanlar şübhə etmirlər ki, Allah Muhəmmədə (s) namazın qılınma qaydasını da nazil edib və namazın qılınması qaydası hədislər şəklində bizə çatıb.

hənbəli_84

İsmarıc sayı : 71
Kayıt tarihi : 04/09/12

Əvvələ qayıt Aşağa gitmek

Yalançı rəsulların 1-ci şübhəsinə cavab Empty Geri: Yalançı rəsulların 1-ci şübhəsinə cavab

Yeni mövzu  N_ن_N Ç.a. Okt. 09, 2012 4:33 am

hənbəli_84 yazıb:N_ن_N, Sizin bəzi iradlarınızı qəbul edirəm, bəziləri ilə isə razı deyiləm.

Ancaq bura belə məsələlərin müzakirə yeri deyil. İnşəAllah görüşüb daha ətraflı müzakirə aparmaq olar.

İnşəAllah çalışaram sizin iradlarınızı nəzərə alım.

hənbəli_84, seçiminizdə azadsız. iradlarımızın Bəziləri ilə razılaşıb, bəzirlərini isə rədd etmək sizin verəcəyiniz qərardı, biz qarışmırıq.

Qaldı ki, belə müzakirələrə... Bizim zatən sizinlə cahil kimsələri , lazımsız adamları müzakirə etmək niyyətimiz yoxdur. Sadəcə əvvəldə etdiyiniz təklifə riayət etməyinizi, dediyiniz sözə sadiq qalmağınızı sizdən rica etdik.

Əvvəldə demişdiz ki, qarşı tərəfə dəlillər "Quran, sünnə və alimlərin nəzəri" ilə olacaq. Əgər desəydiz ki, "Quran, sünnə , alimlərin nəzəri və cahillərin nəzəri ilə dəlil gətirəcəyik" o zaman bu cahil təkfirçinin, Əbu Zeyd əl-kəzzəbin video materialını yerləşdirməyinizi təbii qarşılayardıq.

Sizdən də buna görə ədalətli olmağınızı xahiş etdim.

Özümüz ədalətli olmasaq, ələsgərilərdən necə ədalətli olmağı tələb edib haqqı iqrar etməyi istəyə bilərik ?

2. İnşaAllah, bir gün vaxt təyin edib , qərarlaşıb, vədələşib oturub - məsələn, bir şay süfrəsi arxasında - həm söhbət olarıq, həm də tanış olarıq biiznilləh.

3. İradlarımızı nəzərə alsaz əvvəldən təklif etdiyimiz vəhdətə doğru daha bir addım atmış olarsız inşaAllah.

4. İnşaAllah, ümid edirik ki, dedikləriniz söz olaraq qalmayacaq və həqiqətən də dediklərimizi nəzərə alacaqsız. Deməli, bu söhbət burda bağlandı və ümid edirəm ki, bu məsələyə bir daha qayıtmağa ehtiyac olmaz inşaAllah. Mövzunu davam etdirək biizniHi!

N_ن_N

İsmarıc sayı : 375
Kayıt tarihi : 10/07/12

Əvvələ qayıt Aşağa gitmek

Yalançı rəsulların 1-ci şübhəsinə cavab Empty Geri: Yalançı rəsulların 1-ci şübhəsinə cavab

Yeni mövzu  hənbəli_84 C.a. Okt. 11, 2012 12:44 pm

N_ن_N, əlbəttə görüşüb tanış olmaq, söhbət eləmək və həmçinin birgə nəsə müzakirə aparmaq və ya nəyisə araşdırmaq İnşəAllah yaxşı olardı.

Çoxları söhbətləri mübahisəyə çevirir. Ancaq mən bunun əleyhinəyəm.

Müsəlmana yaraşan gözəl əxlaqla və təmkinlə müzakirə aparmaq, fikirləri bölüşmək maraqlı olardı.

İnşəAllah xt.aliyev@gmail.com ünvanına məktub yaz. Görüş vaxtı və yeri haqda razılaşarıq.

hənbəli_84

İsmarıc sayı : 71
Kayıt tarihi : 04/09/12

Əvvələ qayıt Aşağa gitmek

Yalançı rəsulların 1-ci şübhəsinə cavab Empty Geri: Yalançı rəsulların 1-ci şübhəsinə cavab

Yeni mövzu  hənbəli_84 C.a. Okt. 11, 2012 2:40 pm

Mövzuya inşəAllah davam edək.

Yalançı Kazımın bu batil yozumuna başqa bir tərəfdən baxaq.

Yalançı Kazımın batil yozumuna görə hədislərə inanmamalıyıq, çünki Muhəmməd peyğəmbəri (s) öz gözlərimizlə görməmişik.
Başqa bir tərəfdən Quran kitabına əsasən namaz qılmaq və oruc tutmaq vacibdir. Ancaq namaz qılmağın və oruc tutmağın dəqiq qaydaları Quranda təfsilatı ilə bildirilməyib.

Bildiyimiz kimi, Muhəmməd peyğəmbər (s) 7-ci əsrdə (632-ci ildə) dünyasını dəyişib.
Muhəmməd peyğəmbəri (s) görən insanlar səhabələr adlanır. Səhabələri görən insanlar isə tabiinlər adlanır.
Səhabələr Muhəmməd peyğəmbəri (s) görmüşdü və namaz qılınma qaydasını Ondan (s) öyrənmişdilər.
Tabiinlər və ondan sonra gələn nəsillər isə Muhəmməd peyğəmbəri (s) görməmişdilər.
Yalançı Kazımın batil yozumuna əsasən tabiinlər namazın qılınma qaydasını səhabələrdən öyrənməli deyildilər, çünki öz gözləri Muhəmməd peyğəmbəri (s) görməmişdilər.
Təsəvvür edin oğul (tabiin) atadan (səhabədən) namaz qılmaq qaydasını öyrənmir ki, Muhəmməd peyğəmbəri (s) öz gözlərimlə görməmişəm.
Yaxud kiçik qardaş (tabiin) böyük qardaşdan (səhabədən) namaz qılmaq qaydasını öyrənmir ki, Muhəmməd peyğəmbəri (s) öz gözlərimlə görməmişəm.

Yalançı Kazım İslamda belə ailədaxili münasibətlər təsəvvür edir.

Onda nəticə çıxır ki, tabiinlər və onlardan sonra gələn nəsillərin namaz qılması mütləq Muhəmməd peyğəmbərin (s) dünyasını dəyişəndən dərhal sonra və yaxud dünyasını dəyişməmiş yeni rəsul gəlməli idi.

Ancaq dünyada bilinən və ya tanınan belə bir rəsul gəlməməmişdir.

Nəticədə alırıq ki, yalançı Kazımın batil yozumuna əsasən tabiinlər və onlardan sonra gələn indiki dövrə qədər olan nəsillər (yalançı rəsullar dəstəsi peyda oluna qədər) namaz qılmalı deyildilər.

Başqa sözlə desək tabiinlər və sonrakı nəsillər Allahın namaz qılmaq və ya oruc tutmaqla bağlı Quran kitabındakı əmrlərinə əməl etməli deyildilər. (əuzu billəh).

Bu yalançı rəsullarda sizcə ağıl deyilən şey var?

hənbəli_84

İsmarıc sayı : 71
Kayıt tarihi : 04/09/12

Əvvələ qayıt Aşağa gitmek

Yalançı rəsulların 1-ci şübhəsinə cavab Empty Geri: Yalançı rəsulların 1-ci şübhəsinə cavab

Yeni mövzu  N_ن_N C. Okt. 12, 2012 3:31 am

hənbəli_84 yazıb:N_ن_N, əlbəttə görüşüb tanış olmaq, söhbət eləmək və həmçinin birgə nəsə müzakirə aparmaq və ya nəyisə araşdırmaq İnşəAllah yaxşı olardı.

Çoxları söhbətləri mübahisəyə çevirir. Ancaq mən bunun əleyhinəyəm.

Müsəlmana yaraşan gözəl əxlaqla və təmkinlə müzakirə aparmaq, fikirləri bölüşmək maraqlı olardı.

İnşəAllah xt.aliyev@gmail.com ünvanına məktub yaz. Görüş vaxtı və yeri haqda razılaşarıq.

Bəli, söhbətləri mubahisəyə çevirməyin biz də əleyhinəyik. AMma, təəssüflər olsun ki, çoxlarının istədiyi də məhz budur.

Biz də bunun tərəfdarıyıq ki, hər şey gözəl şəkildə müzakirə edilsin inşaAllah.

Bəli, biz də bu fikirlərlə razıyıq və əvvəldən istədiyimiz də zatən bu idi.

Allaha şükürlər olsun ki, yalnız və yalnız Onun sayəsində dostluq , qardaşlıq, sevgi, sayqı çağırışlarımıza cavab verilməyə başlanılıb. Ən azından zahirən görünən budur. Bizə düşən isə zahirə görə dəyərləndirmə aparmaqdı inşaAllah.

hənbəli_84, məktub göndərildi biiznilləh!

N_ن_N

İsmarıc sayı : 375
Kayıt tarihi : 10/07/12

Əvvələ qayıt Aşağa gitmek

Yalançı rəsulların 1-ci şübhəsinə cavab Empty Geri: Yalançı rəsulların 1-ci şübhəsinə cavab

Yeni mövzu  Hacı Kazım Ibrahimoğlu B.e. Okt. 15, 2012 10:12 pm

hənbəli_84 yazıb:Mövzuya inşəAllah davam edək.

Yalançı Kazımın bu batil yozumuna başqa bir tərəfdən baxaq.

Yalançı Kazımın batil yozumuna görə hədislərə inanmamalıyıq, çünki Muhəmməd peyğəmbəri (s) öz gözlərimizlə görməmişik.
Başqa bir tərəfdən Quran kitabına əsasən namaz qılmaq və oruc tutmaq vacibdir. Ancaq namaz qılmağın və oruc tutmağın dəqiq qaydaları Quranda təfsilatı ilə bildirilməyib.

Bildiyimiz kimi, Muhəmməd peyğəmbər (s) 7-ci əsrdə (632-ci ildə) dünyasını dəyişib.
Muhəmməd peyğəmbəri (s) görən insanlar səhabələr adlanır. Səhabələri görən insanlar isə tabiinlər adlanır.
Səhabələr Muhəmməd peyğəmbəri (s) görmüşdü və namaz qılınma qaydasını Ondan (s) öyrənmişdilər.
Tabiinlər və ondan sonra gələn nəsillər isə Muhəmməd peyğəmbəri (s) görməmişdilər.
Yalançı Kazımın batil yozumuna əsasən tabiinlər namazın qılınma qaydasını səhabələrdən öyrənməli deyildilər, çünki öz gözləri Muhəmməd peyğəmbəri (s) görməmişdilər.
Təsəvvür edin oğul (tabiin) atadan (səhabədən) namaz qılmaq qaydasını öyrənmir ki, Muhəmməd peyğəmbəri (s) öz gözlərimlə görməmişəm.
Yaxud kiçik qardaş (tabiin) böyük qardaşdan (səhabədən) namaz qılmaq qaydasını öyrənmir ki, Muhəmməd peyğəmbəri (s) öz gözlərimlə görməmişəm.

Yalançı Kazım İslamda belə ailədaxili münasibətlər təsəvvür edir.

Onda nəticə çıxır ki, tabiinlər və onlardan sonra gələn nəsillərin namaz qılması mütləq Muhəmməd peyğəmbərin (s) dünyasını dəyişəndən dərhal sonra və yaxud dünyasını dəyişməmiş yeni rəsul gəlməli idi.

Ancaq dünyada bilinən və ya tanınan belə bir rəsul gəlməməmişdir.

Nəticədə alırıq ki, yalançı Kazımın batil yozumuna əsasən tabiinlər və onlardan sonra gələn indiki dövrə qədər olan nəsillər (yalançı rəsullar dəstəsi peyda oluna qədər) namaz qılmalı deyildilər.

Başqa sözlə desək tabiinlər və sonrakı nəsillər Allahın namaz qılmaq və ya oruc tutmaqla bağlı Quran kitabındakı əmrlərinə əməl etməli deyildilər. (əuzu billəh).

Bu yalançı rəsullarda sizcə ağıl deyilən şey var?

Mənim skype adım Hacı.Kazım.İbrahimoglu
istəsəniz zəng vurun-danışaq.

Hacı Kazım Ibrahimoğlu

İsmarıc sayı : 264
Kayıt tarihi : 11/01/11
Yaş : 53
Şəhər/ölkə : Bekke

Əvvələ qayıt Aşağa gitmek

Yalançı rəsulların 1-ci şübhəsinə cavab Empty Geri: Yalançı rəsulların 1-ci şübhəsinə cavab

Yeni mövzu  N_ن_N C. Okt. 26, 2012 4:30 am

Bismilləh!

Əs-salamu aleykum!

Hənbəli_84, siz vahabilərin yalandan "vəhdət" deyərək bar-bar bağırmasına həqiqətən də aldanmaq olmaz! )

Digər forumda yazmısan :

Şiələrdə dinə maraqlı yanaşma var.

Sən deməmişdən əvvəllər şiələrdə baş yarmaq normal qəbul olunurmuş. O vaxtı heç kim fikirləşmirmiş belə bir əməli imamlar etməyib.

İndi başa düşüblər ki, sən deməmişdən imamlar belə bir əməl etməyib, bu əməl dində yoxdur.

Təbrik edirəm bir addım irəli gedibsiniz.

İnşəAllah sizdən sonra gələn şiələr sizdən daha qabağa gedər və ələm, mərsiyə demək, qəbirlərin üstündə məscid tikmək, qəbirləri dövrə vurmaq, qəbirləri qabağında sürünmək, qəbirləri öpmək və qucaqlamaq və s. kimi əməlləri etməzlər.

Axı imamlar bu əməlləri də etməyib, bu əməllər də dində yoxdur.

Bilə-bilə ki, mən o forumda artıq iştirak etmirəm, bu sözləri orda yazmısan )

Buna nə ad vermək olar ? )

Özü də bu sözləri burda vəhdət haqqında danışdıqdan sonra yazmısan )

SƏni "gidi" vahabi səni! )

Zatən zındıq , kəzzəb Əbu Zeydi "elm əhli" hesab edən birindən bundan artığını da gözləmək olmazdı )

N_ن_N

İsmarıc sayı : 375
Kayıt tarihi : 10/07/12

Əvvələ qayıt Aşağa gitmek

Yalançı rəsulların 1-ci şübhəsinə cavab Empty Geri: Yalançı rəsulların 1-ci şübhəsinə cavab

Yeni mövzu  N_ن_N C. Okt. 26, 2012 4:40 am

Qaldı ki, yazdığın bu sərsəm yazıya ....

1. Əvvəla, Şiələr ALlahın haram etmədiyi heç bir şeyi haram etməyə cürət etməyiblər. Siz vahabilərdən fərqli olaraq.

Məsələn, başa zərbə vurmaq ALlahın şəriətində haram deyil. Əgər haramdırsa, buyur , konkret bir dəlil göstər!!!!

Quran ayəsi və ya səhih sünnədən dəlil!

2. Peyğəmbərin (s.a.s), imamların (ə) etdiyi hər şey "mütləq sünnətdir" anlamına gəlmədiyi kimi, hər etmədiyi şey də "mütləq haramdır" anlamına gəlməz.

Məsələn, qəbul etdiyiniz kimi, peyğəmbər (s.a.s) ilk dəfə evlənərkən özündən böyük və dul xanımla evlənib. Amma, bu o demək deyildir ki, bu əməl mütləq sünnətdir və hər kəs belə etməlidir.

Elə bu məsələnin digər üzü...

Peyğəmbər (s.a.s) ilk dəfə evlənərkən özündən kiçik və bakirə xanımla evlənməyib. AMma, belə etməyib deyə, bu o demək deyildir ki, belə etmək qadağandır.

Odur ki, qılınc vurmaq, qəbirləri ziyarət etmək,"ələm, mərsiyə demək, qəbirlərin üstündə məscid tikmək, qəbirləri dövrə vurmaq, qəbirləri qabağında sürünmək, qəbirləri öpmək və qucaqlamaq və s." heç biri ALlah tərəfindən haram edilməyibdir.

Hətta, peyğəmbərin (s.a.s) və imamların (ə) da bu işi etməmələri bu işlərin haram olmasına dəlil deyildir ki, yuxarıda bu barədə nümunə göstərdim...

Bir də xüsuslilə qeyd edirəm ki...

Biz bu və ya digər məsələnin camaatın nəzərində yaxşı qarşılanıb qarşılanmamağından danışmırıq.

Allahın bir çox halalları vardır ki, bu gün ictimaiyyət tərəfindən xoş qarşılanmır.

Həmçinin , Allahın bir çox haramı vardır ki, nəinki ictimaiyyət tərəfindən normal qarşılanır, hətta, bu haramların ziddinə iş görmək ictimaiyyət tərəfindən xoş qarşılanmır. İstəsən buna misallar da çəkmək mümkündür.

Əgər istəsən bu məsələni ayrıca müzakirə edərik.

Bundan əlavə...

Bizə sülhü təklif edən düşmən də olsa qəbul edər, anlaşarıq... Hətta, onların ikiüzlü,münafiq, əhdlərinə əməl etməyən siz vahabilər kimi...

AMma, özləri öz əhdlərini sındırarlarsa, onlarla aramızda heç bir SAZİŞ qalmaz!

Sən əhdi sındırmısan!

N_ن_N

İsmarıc sayı : 375
Kayıt tarihi : 10/07/12

Əvvələ qayıt Aşağa gitmek

Yalançı rəsulların 1-ci şübhəsinə cavab Empty Geri: Yalançı rəsulların 1-ci şübhəsinə cavab

Yeni mövzu  Yusif_Kazim_İbrahimoglu B.e. Okt. 29, 2012 1:03 am

Yunus» surəsi (10)

(1).Ismi ilə Allahın – Rəhmanın, Rəhimin! Əlif. Lam. Ra. Budur hikmətli kitabın ayətləri.

Loğman» surəsi (31)

(1).Ismi ilə Allahın – Rəhmanın, Rəhimin! Əlif. Lam. Mim! (2).Bunlar hikmətli kitabın ayətləridir,

Muhəmməd" surəsi(47)

20).Deyirlər o kəslər ki, inandılar: «Əgər nazil olsaydı surə!» Onda ki, nazil olur surə hikmətlə tərtib olunmuş və zikr edilir onda döyüş haqqında, sən görürsən o kəslər ki, qəlblərində mərəz var, elə nəzərlə baxırlar sənə tərəf ki, elə bil ölüm qorxusundan hiss etmələrini itiriblər.

Əgər kimsə ALLAH-ın Kitabında Hikmət görmürsə, yaxud Kitabdan gələn Hikməti görmürsə , bu onun korluğudur.

Yusif_Kazim_İbrahimoglu

İsmarıc sayı : 298
Kayıt tarihi : 13/01/11

Əvvələ qayıt Aşağa gitmek

Yalançı rəsulların 1-ci şübhəsinə cavab Empty Geri: Yalançı rəsulların 1-ci şübhəsinə cavab

Yeni mövzu  hənbəli_84 B.e. Okt. 29, 2012 2:20 pm

N_ن_N yazıb:Bismilləh!

Əs-salamu aleykum!

Hənbəli_84, siz vahabilərin yalandan "vəhdət" deyərək bar-bar bağırmasına həqiqətən də aldanmaq olmaz! )

Digər forumda yazmısan :

Şiələrdə dinə maraqlı yanaşma var.

Sən deməmişdən əvvəllər şiələrdə baş yarmaq normal qəbul olunurmuş. O vaxtı heç kim fikirləşmirmiş belə bir əməli imamlar etməyib.

İndi başa düşüblər ki, sən deməmişdən imamlar belə bir əməl etməyib, bu əməl dində yoxdur.

Təbrik edirəm bir addım irəli gedibsiniz.

İnşəAllah sizdən sonra gələn şiələr sizdən daha qabağa gedər və ələm, mərsiyə demək, qəbirlərin üstündə məscid tikmək, qəbirləri dövrə vurmaq, qəbirləri qabağında sürünmək, qəbirləri öpmək və qucaqlamaq və s. kimi əməlləri etməzlər.

Axı imamlar bu əməlləri də etməyib, bu əməllər də dində yoxdur.

Bilə-bilə ki, mən o forumda artıq iştirak etmirəm, bu sözləri orda yazmısan )

Buna nə ad vermək olar ? )

Özü də bu sözləri burda vəhdət haqqında danışdıqdan sonra yazmısan )

SƏni "gidi" vahabi səni! )

Zatən zındıq , kəzzəb Əbu Zeydi "elm əhli" hesab edən birindən bundan artığını da gözləmək olmazdı )

Va aleykumussələm.

N_ن_N, İnşəAllah səbirli ol.

Həqiqətən Allah səbir edənlərlədir.

Mən bu sözləri sənin fikirlərinlə bağlı yox, Ayətullah Xameneyinin suala verdiyi cavabı ilə bağlı yazmışam. Ayətullah Xameneyinin cavabındakı "HEÇ BİR ŞƏRAİTDƏ CAİZ DEYİL." ifadəsi mənim üçün maraqlı oldu. Ona görə marağımı ifadə etdim ki, forumda iştirak edən digər elmli şiələr bu suala cavab versin.

Əgər sənin fikirlərinə irad bildirsəydim, sənin forumda iştirak etmədiyinə görə bu düzgün olmazdı.
Ancaq mən Ayətullah Xameneyinin cavabını başa düşmədiyimi ifadə etmişəm. Ayətullah Xameneyini isə təkcə sənin deyil forumdakı digər şiələrin də alimi hesab olunur. Ona görə mən marağımı ifadə etdim ki, digər şiələr bu məsələni izah etsin.

Digər tərəfdən mən əminəm ki, səndə də mənim əqidəmdə maraq və ya təəccüb doğuran, və ya başa düşmədiyin məqamlar çoxdur.

Ona görə əxlaqlı müzakirələr aparmağı təklif edirəm ki, aramızdakı anlaşılmazlıqları aydınlaşdıraq.

Əgər haqqıva girmişəmsə haqqıvı halal elə. Ümidvaram ki, bunu əhdi pozmaq kimi başa düşməzsən.

hənbəli_84

İsmarıc sayı : 71
Kayıt tarihi : 04/09/12

Əvvələ qayıt Aşağa gitmek

Yalançı rəsulların 1-ci şübhəsinə cavab Empty Geri: Yalançı rəsulların 1-ci şübhəsinə cavab

Yeni mövzu  N_ن_N Ç.a. Okt. 30, 2012 4:42 am

[quote="hənbəli_84"]

Bismihi təala .

1. Əvvəla, sən o şərhi yazarkən məndən sitat gətirib yazmısan və deməli, bir növ yazdığın şərhdə tərəf müqabilin mənəm. Deməli, müraciət etdiyin kimsə də mənəm.

2. Ayətullah Xamnəyinin suala verdiyi cavabla bağlı yazmaq istəmisənsə o zaman məndən sitat gətirməməli idin. Eləcə Ayətullah Xamneyi - həfəzəhullahu təala-nın fətvasını sitat gətirib cavab yaza bilərdin. Sən isə belə etməmisən . Fətvanı məhz mənim yazımdan sitat gətirərək yazmısan. Doğrudur! Zahirən yazdığın fikir rəhbərin (h.a) fətvasına yönəlsə də, əslində muraciət etdiyin kimsə mənəm.

3.BU məqamda istərdim ki, yazdığın cümlələrə bircə-bircə diqqət yetirək :

Yazmısan :
Şiələrdə dinə maraqlı yanaşma var.

Əvvəla, əgər sən sırf Ayətullah Xamneyinin fikrinə münasibət bildirirsənsə, niyə görə bunu ümuma aid edib " şiələrdə dinə maraqlı yanaşma var" deyirsən ?

Səniyən, "maraqlı yanaşma" deyərkən nəzərdə tutduğun nədir ? adət edilməmiş yanaşma ? Müsəlmanların yanaşmasına bənzəməyən qəribə yanaşma ? Yoxsa, müsəlmanların yanaşmasına bənzəyən , amma, sizin bixəbər olduğunuz yanaşma ?

Sən deməmişdən əvvəllər şiələrdə baş yarmaq normal qəbul olunurmuş. O vaxtı heç kim fikirləşmirmiş belə bir əməli imamlar etməyib.

Əvvəldən də, indidə də .... Şiələrdə yox, ALlahın şəriətində baş yarıb başdan qan çıxarmaq normal qəbul edilib.

"O VAXT HEÇ KƏS FİKİRLƏŞMİRMİŞ Kİ..." sözü isə lağ-lağıdan başqa bir şey deyildir ki, bu lağ-lağı bizim yox, sizin alimləriniz layiqdirlər.

"imamlar belə bir əməli etməyib" sözü isə həmin işin haram olmasına dəlil deyildir. Necə ki, peyğəmbərin (s.a.s) bir şeyi etməməsi həmin şeyin haram olmasına dəlil deyildir. Bu sünnidə də, şiədə də belədir.

İndi başa düşüblər ki, sən deməmişdən imamlar belə bir əməl etməyib, bu əməl dində yoxdur.

BU da açıq-aşkar lağ-lağıdan başqa bir şey deyildir.

Çünki, o zaman da, indi də alimlərdən heç kəs iddia etməyib ki, imamlar belə edib.
Odur ki, əxaqlaqsızlıq edib belə lağ-lağı üsuldan istifadə etmək mənasızdır.

Bundan əlavə... Heç bir alim... nə o zaman , nə də indi iddia etməyiblər ki, "bu dinin zəruri əməllərindən biridir". "dində belə şey yoxdur" sözü isə ümumiyyətlə, geniş izah edilməli sözdür. "QADAĞAN OLUNMAYAN HƏR BİR ŞEY ÖZ-ÖZLÜYÜNDƏ CAİZDİR" Dində bax belə şey var!

Təbrik edirəm bir addım irəli gedibsiniz.

BU da alimlərin elmi ilə açıq-aşkar alay etməkdən başqa bir şey deyildir ki, bizə əxlaqlı müzakirə etməyi təklif etməkdənsə əvvəlcə özün əxlaqlı ol əxican )

"Səbrli ol!", "haqqına girmişəmsə haqqını halal elə" və s. bu kimi artistliklərinizi isə özünüzə saxlayın əxi! )

Sizin bu cür artistlikləriniz elə bu ələsgərilərin zahirən əxlaqlı görünməyə çalışmaqları və əxlaqa dəvət etməklərindən başqa bir şey deyildir ) Vardır bunda da bir hiylə, bir saxtakarlıq ! )

İnşəAllah sizdən sonra gələn şiələr sizdən daha qabağa gedər və ələm, mərsiyə demək, qəbirlərin üstündə məscid tikmək, qəbirləri dövrə vurmaq, qəbirləri qabağında sürünmək, qəbirləri öpmək və qucaqlamaq və s. kimi əməlləri etməzlər.

Burda isə sən bilmədiyin üçün öyrənmək istədiyi yox, öz sapıq əqidəni yeritməyə çalışmısan.

Üstəlik sadaladığın əməllərio çirkin əməllərmiş kimi göstərməyə çalışmısan.

Halbuki, sünni-şiə ... hamısının əqidəsinə görə, Quran və sünnəyə əsasən bu əməllər caizdir!

Axı imamlar bu əməlləri də etməyib, bu əməllər də dində yoxdur.

"Bu məsələni isə artıq sizə izah etmişik.

Sizin imamıvız Əbu BƏkr , Ömər, Osman , Muaviyə , yezİT də Məkkə və Mədinin yerləşdiyi müqəddəs torpaqlara öz atalarının adını qoymayıblar. "Dində belə şey yoxdur" ... BƏs sizin bu bidətçi əxiləriviz niyə görə ölkəyə atalarının adını qoyublar ? ) Niyə görə sizin alimləriviz bu bidətə razıdılar ? Dində belə şey var ? )

İstəsən başqa misallar da çəkə bilərik! )

Qaldı ki, digər fikirlərivə .. Onların da bir neçəsinə aydınlıq gətirim )

yazırsan :

Digər tərəfdən mən əminəm ki, səndə də mənim əqidəmdə maraq və ya təəccüb doğuran, və ya başa düşmədiyin məqamlar çoxdur.

Əxi, sən mənim adımdan heç nəyə əmin olma! ) Qoy mən səni əmin edim ki, sənin əqidəndə məni zərrə qədər də maraqlandıran və təəccübümə səbəb olan ARTIQ heç nə yoxdur ) Çünki, sizin bu sapıq əqidənizi bütün təfərruatı ilə bilirəm )

Başa düşmədiyim məqamlara gəlincə ... "MƏNTİQLİ OLMAMAQ" mənasında "BAŞA DÜŞMƏMƏKDƏN" söhbət gedirsə, zatən sizin əqidəniz məntiqsiz , Quran və sünnə ilə uyğun gəlməyən əqidədir.

Yox, əqidəniz haqqında məlumatlı olmamaq, yaxud, ətraflı məlumata malik olmamaqdan söhbət gedirsə, arxayın ola bilərsən ki, sizin ədiqəniz haqqında tam, dolğun və ətraflı məlumata malikik əlhəmdulilləh )

Yəni, sizin əqidəniz haqqında elə bir məsələ mənə gizlin qalmayıbdır ki, o məsələni araşdırmamış olum )

AMma, sən bizim əqidəni tam araşdırmamış qərar vermisənsə, bu sənin cahilliyivin göstəricisidi.

Əgər şiə olarkən də cahil idinsə, indi vahabi olmusan yenə də cahilsənsə, o zaman sənin üçün heç bir fərqi olmamalıdı.

Yox əgər şiəlik haqqında həqiqətən də sənə maraqlı olan , yaxud, bilmədiyin bir məsələ varsa soruş !

Yoxsa yalandan artistlik edib "bunu bilmirəm deyə soruşuram, mənə maraqlıdır deyə soruşuram" demək mənasız bir şeydir . ) Uşaqsan sən ? ) azyaşlısan ? ) Yoxsa, elə bilirsən ki, belə variantlarla kimlərisə aldada bilərsən ? )

Bütün bunlardan sonra ...

Əgər səhv etmisənsə, öz səhvivə haqq qazandırmağa CƏHD GÖSTƏRMƏDƏN, səhvivi boynuva alaraq "NUN, məh səhv etdim, haqqınıza girdim, haqqınızı halal edin!" kifayət edərdi ki, bu müzakirəni də nöqtələyək, qaldığımız yerdən davam edək! )

N_ن_N

İsmarıc sayı : 375
Kayıt tarihi : 10/07/12

Əvvələ qayıt Aşağa gitmek

Yalançı rəsulların 1-ci şübhəsinə cavab Empty Geri: Yalançı rəsulların 1-ci şübhəsinə cavab

Yeni mövzu  N_ن_N Ç.a. Okt. 30, 2012 4:47 am

hənbəli_84,

Səmimi ol!

SƏbirli ol!

Əxlaqlı ol!

Bütün bunlar səndə olmasa , heç kimdən səndə olmayan şeyləri tələb eləmə!

Əxlaqın yoxdusa, sən bizdən "əxlaqlı müzakirə etməyi" necə tələb edə bilərsən ?

Əgər hansısa məsələni bilmirsənsə də, hansısa məsələni öyrənmək istəyirsənsə də, daha həmin mövzuda yazdığın əxlaqsız, lağ=lağı şərhdənsə, sual ver, cavabını al!

Sənə maralqıdırmı ki, nəyə əsasən İslam dinində küt alətlə baş yarıb qan çıxartmaq haram deyil ?

Sənə maraqlıdırmı ki, ümumiyyətlə bu əməl haramdır, ya yox ?

Sənə maraqlıdırmı ki, bir şiə aliminin fikri, fətvası, ictihadı bütün şiə alimlərinin fikrini təmsil edə bilər , ya yox ?

Əgər bunlar maraqlıdırsa, sual ver! Əxlaqsızlıq edib lağ-lağı niyə edirsən ?

Özü də nəzərinə çatdırım ki, bu suallara veriləcək cavablar sünni ilə şiənin ortaq məntiqinə , ən əsas da, Quran və sünnə məntiqinə əsaslanır!

Yoxsa, biz özümüzdən heç nə demirik!

N_ن_N

İsmarıc sayı : 375
Kayıt tarihi : 10/07/12

Əvvələ qayıt Aşağa gitmek

Yalançı rəsulların 1-ci şübhəsinə cavab Empty Geri: Yalançı rəsulların 1-ci şübhəsinə cavab

Yeni mövzu  N_ن_N Ç.a. Okt. 30, 2012 4:50 am

Əgər haqqıva girmişəmsə haqqıvı halal elə. Ümidvaram ki, bunu əhdi pozmaq kimi başa düşməzsən.

"Əgər" yazmaqin bunu göstərir ki, sən hələ də bilmirsən haqqıma girmisən. Nə zaman dərk eləsən ki, haqqıma girmisən, o zaman halallaşarıq inşaALlah.

2. Əgər sən özün haçansa əhdi pozduğuvu başa düşüb halallıq istəsən halallaşarıq.

İnan ki, bu iki şeyi başa düşüb etiraf edəcəyin anda haqqımı sənə halal edərəm.

Əgər həqiqətən də səni mənim halallıq verməyim maraqlandırırsa... Yoxsa, əgər bütün bunlar da böyük tamaşanın bir hissəsidirsə, o başqa məsələ )

N_ن_N

İsmarıc sayı : 375
Kayıt tarihi : 10/07/12

Əvvələ qayıt Aşağa gitmek

Yalançı rəsulların 1-ci şübhəsinə cavab Empty Geri: Yalançı rəsulların 1-ci şübhəsinə cavab

Yeni mövzu  Mir_Maksim_Aqa Çər. Okt. 31, 2012 10:24 am

NuN

Sümük Ağanan aran necədir? Eee çaşdım Ət_Ağa demək istəyirdim.Yoxeee şəntir ağa demək istəyirdim?
Mir_Maksim_Aqa
Mir_Maksim_Aqa

İsmarıc sayı : 3
Kayıt tarihi : 31/10/12

Əvvələ qayıt Aşağa gitmek

Yalançı rəsulların 1-ci şübhəsinə cavab Empty Geri: Yalançı rəsulların 1-ci şübhəsinə cavab

Yeni mövzu  N_ن_N Çər. Okt. 31, 2012 4:42 pm

Baxın! ) vahabiliyin gerçək üzü budur! )

Yalandan özlərinə "əhli-sünnə vəl-camaat " deməklərinə , zahirən özlərini əxlaqlı göstərməyə çalışmaqlarına aldanmamaq lazımdı )

Budur onların əsl əqidəsi, din(sizliy)i, əxlaq(sızlıq)ı, iman(sızlığ)ı )

N_ن_N

İsmarıc sayı : 375
Kayıt tarihi : 10/07/12

Əvvələ qayıt Aşağa gitmek

Yalançı rəsulların 1-ci şübhəsinə cavab Empty Geri: Yalançı rəsulların 1-ci şübhəsinə cavab

Yeni mövzu  hənbəli_84 Çər. Okt. 31, 2012 8:01 pm

N_ن_N yazıb:Baxın! ) vahabiliyin gerçək üzü budur! )

Yalandan özlərinə "əhli-sünnə vəl-camaat " deməklərinə , zahirən özlərini əxlaqlı göstərməyə çalışmaqlarına aldanmamaq lazımdı )

Budur onların əsl əqidəsi, din(sizliy)i, əxlaq(sızlıq)ı, iman(sızlığ)ı )

N_ن_N, mən sənə məsələni izah elədim, qəbul etmirsənsə öz işindir.

Ancaq vəllahi ki, bu MirMaksimAga yazısını mən yazmamışam. Və bu yazı müsəlmana yaraşan söz deyil.

Sən nəyə əsasən deyirsən ki, bunu yazan vəhhabidir? Sui zənn etmək haramdır.

hənbəli_84

İsmarıc sayı : 71
Kayıt tarihi : 04/09/12

Əvvələ qayıt Aşağa gitmek

Yalançı rəsulların 1-ci şübhəsinə cavab Empty Geri: Yalançı rəsulların 1-ci şübhəsinə cavab

Yeni mövzu  N_ن_N C.a. Noy. 01, 2012 3:13 am

hənbəli_84 yazıb:Baxın! ) vahabiliyin gerçək üzü budur! )

Yalandan özlərinə "əhli-sünnə vəl-camaat " deməklərinə , zahirən özlərini əxlaqlı göstərməyə çalışmaqlarına aldanmamaq lazımdı )

Budur onların əsl əqidəsi, din(sizliy)i, əxlaq(sızlıq)ı, iman(sızlığ)ı )

N_ن_N, mən sənə məsələni izah elədim, qəbul etmirsənsə öz işindir.

"qəbul etmirsənsə öz işindir" demək asandı. Mən də sənə məsələni izah elədim ki, yazın əxlaq normalarına və verdiyin vədə zidd yazıdır. SƏNİN ÜSULUNCA DESƏK, qəbul etmirsənsə öz işindi.

Ancaq vəllahi ki, bu MirMaksimAga yazısını mən yazmamışam. Və bu yazı müsəlmana yaraşan söz deyil.

Mən də deməmişəm ki, bu yazını sən yazmısan.

Sən nəyə əsasən deyirsən ki, bunu yazan vəhhabidir? Sui zənn etmək haramdır.

Vahabi sözü sənə niyə ağır gəlir ki ? )

Bir də ki, nəyə görə düşünürsən ki, bu yazını sənin yazdığını düşünmüşəm ?

Sui-zənn etmək haramdır.

Qaldı ki, mənim dediyim sözə ...

Sən nə bilirsən ki, mən sui-zənn eləmişəm ? Sünni zənn eləmək haramdı )

Nə isə ...Məsələni sənə izah etdim biiznilləhi təala. Əgər məqsədin həqiqətən də halallıq almaqdırsa, o zaman səhvini başa düşüb etiraf edəndən sonra sənə halallıq verərik inşaAllahu təala!

N_ن_N

İsmarıc sayı : 375
Kayıt tarihi : 10/07/12

Əvvələ qayıt Aşağa gitmek

Yalançı rəsulların 1-ci şübhəsinə cavab Empty Geri: Yalançı rəsulların 1-ci şübhəsinə cavab

Yeni mövzu  Sponsored content

Sponsored content

Əvvələ qayıt Aşağa gitmek

1 səhifə (Cəmi 3 səhifə) 1, 2, 3  Sonraki

Əvvələ qayıt

- Similar topics

Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.