Gətirmək dəlil Qurandan

1 səhifə (Cəmi 2 səhifə) 1, 2  Sonraki

Aşağa gitmek

Gətirmək dəlil Qurandan

Yeni mövzu  N_ن_N Bir C.a. İyul 19, 2012 5:23 pm

İsmi ilə Allahın, Rəhmanın, Rəhimin!


Bu mövzuda inşaAllah, Quran ayələrindən dəlil gətirmək barədə danışacağıq.

Deməli, Ələsgərin ardıcılları əksər hallarda özlərinə QURANDAN AYƏLƏRİ DƏLİL GƏTİRMƏYƏ ÇALIŞMAQLA HAQQ qazandırmağa çalışırlar.

Məsələn, onların rəsul olub-olmaması barədə sual verirsən. Onlar Allahın rəsulları barədə olan ayələrin özlərinə də şamil olduğunu iddia edərək, Qurandan ayələr gətirirlər.

Bunun əksinə! Onlara iman gətirməyənlər haqqında isə Qurandan kafirlər haqqında olan ayələri dəlil gətirməklə cavab verməyə çalışırlar.


Ümumiyyətlə, bu nə dərəcədə doğrudur ki, kimsə rəsullar haqqındakı ayələri özünə, kafirlər haqqındakı ayələri bir başqasına nisbət versin ?

Onlara kim ixtiyar verib ki, ayələrdə nəzərdə tutulan rəsullara özlərini də aid eləsinlər ?

Ələsgərin ardıcıllarına qabaqcadan xatırlatmaq istəyirəm ki, bu mövzuda öz sözünüzü təsdiq etmək üçün Qurandan ayələr gətirməyiniz məntiqsizdir. Çünki, biz elə ondan danışırıq ki, hansı əsasla Qurandakı rəsullar haqqındakı ayələri özünüzə aid edirsiz ?


Bir az da ətraflı izah edim!

Məsələn, Quranda İsanın (ə) dilindən Muhəmmədin gələcəyini (s.a.s) mujdələyən qəti kəlam var!

Quranda Ələsgərin , yaxud , sizin hansısa birinizin gələcəyi barədə Quranda Muhəmmədin (s.a.s) dilindən qəti bir kəlam varmı ?

YENƏ DƏ XATIRLADIRAM : Ümumi rəsullar barədə gələn ayələri özünüzə şamil etməyə çalışmayın! )

Çünki, mövzumuz elə budur ki, sizin belə bir ixtiyarınız varmı ? Varsa dəlili nədir ?


İnşaAllah cavab gözləyəcəyəm )

N_ن_N

İsmarıc sayı : 375
Kayıt tarihi : 10/07/12

Əvvələ qayıt Aşağa gitmek

Geri: Gətirmək dəlil Qurandan

Yeni mövzu  Yusif_Kazim_İbrahimoglu Bir Çər. İyul 25, 2012 1:36 am

Nisa surəsi-(79).Nə ki, əsabədir sənə yaxşıdan, Allahdandır və nə ki, əsabədir sənə pislikdən, nəfsindəndir. Və göndərdik səni insanlar üçün rəsul. Və kafidir Allah ilə Şahidlik

Rəd surəsi-(43).Deyirlər o kəslər ki, kafirdirlər: «Sən mürsəl deyilsən!» De: «Kafidir Allahın şahidliyi mənimlə sizin aranızda və o kəsin ki, onun yanında kitabdan elm var!»

Yusif_Kazim_İbrahimoglu

İsmarıc sayı : 298
Kayıt tarihi : 13/01/11

Əvvələ qayıt Aşağa gitmek

Geri: Gətirmək dəlil Qurandan

Yeni mövzu  Yusif_Kazim_İbrahimoglu Bir Çər. İyul 25, 2012 1:55 am

Məsələn, Quranda İsanın (ə) dilindən Muhəmmədin gələcəyini (s.a.s) mujdələyən qəti kəlam var!


Bah, doğurdan? Hansı ayədir o? Məncə Quranda Muhəmməd A.S.adı keçən bu ayələr var:
Əhzab-(40).Olmadı Muhəmməd sizin kişilərinizdən birinin atası və lakin rəsuludur Allahın və xatəm-ən-nəbiyyinə, yəni xətmidir nəbilərin və oldu Allah küllisi ilə şeyin Alim!

Muhəmməd surəsi-(2).Və o kəslər ki, inanırlar və əməlləri islahatdır və inandılar, nə ilə ki, nazildir üzərinə Muhəmmədin və o haqdır Rəblərindən onların, O örtər üstünü pis günahlarının və islah edər onları.

Fəth surəsi-
(29).Muhəmməd rəsuludur Allahın. O kəslər ki, onunladır, şiddətlidirlər üzərində kafirlərin və rəhimlidirlər öz aralarında. Görərsən onları rüku edən və səcdə edən. Onlar fəzl axtarırlar Allahdan və razılıq. Simaları onların, üzlərindən səcdə əsərindən bəllidir. Belədir məsəli onların Tövratda. Məsəli onların Incildə – bir əkinə bənzər, hansı ki, toxum səpilər. Elə ki, torpaqdan bar çıxartdı, çox nazik və zəifdir, sonra qüdrət tapıb qalın olar və öz kökü üstündə möhkəm dayanar. Və əkinçiləri təəccübə gətirər və kafirləri qəzəbləndirər onlarla. Allah vəd verib onlardan o kəslərə ki, inanırlar və əməlləri islahatdır, onlar üçün bağışlanmaq və əzəmətli əcr var.

Ali İmran surəsi-! (144).Və nə ki, Muhəmməd ancaq rəsuldur. Əlbəttə, xalidir ondan qabaq rəsullar. Əgər ölə, ya qətlə, çevrilərsiniz üzərində dabanınızın? Və kim çevrilər üzərində dabanının və olmaz zərər Allaha şeynən və cəza Allah şakirinə!


Yusif_Kazim_İbrahimoglu

İsmarıc sayı : 298
Kayıt tarihi : 13/01/11

Əvvələ qayıt Aşağa gitmek

Geri: Gətirmək dəlil Qurandan

Yeni mövzu  N_ن_N Bir C.a. İyul 26, 2012 1:56 am

Yusif_Kazim_İbrahimoglu yazıb:Nisa surəsi-(79).Nə ki, əsabədir sənə yaxşıdan, Allahdandır və nə ki, əsabədir sənə pislikdən, nəfsindəndir. Və göndərdik səni insanlar üçün rəsul. Və kafidir Allah ilə Şahidlik

Rəd surəsi-(43).Deyirlər o kəslər ki, kafirdirlər: «Sən mürsəl deyilsən!» De: «Kafidir Allahın şahidliyi mənimlə sizin aranızda və o kəsin ki, onun yanında kitabdan elm var!»


Yenə də eyni şeylər! )

Kazım, biz nə dildə danışırıq qardaşım ? )

Biz səndən dəfələrlə xahiş eləmişik ki! Sən özün haqqında olan ayələri gətir əgər varsa )

Sən Muhəmməd (s.a.s) haqqında olan ayələri özüvə niyə aid edirsən ? )

Sən o zaman bu ayələri özüvə aid edə bilərsən ki, sən ALLAHIN RƏSULU OLDUĞUNU SÜBUT EDƏSƏN, ÖZÜ DƏ QURAN AYƏLƏRİ ilə! yaxud, Allahın sənə əta etdiyi başqa bir möcüzə ilə! )

Yoxsa, rəsullar haqqında ayələri öz adıva çıxıb, özüvü dəlil-sübutla danışırmış kimi göstərməyin heç bir mənası yoxdu əzizim )

İnşaAllah, cavabın yoxdusa, bu başqa məsələ! )

Əgər bunu sübut edə bilmirsənsə, istədiyin qədər Quran ayələri yaz. Sənin üçün dəlil sayılmaz! )



N_ن_N

İsmarıc sayı : 375
Kayıt tarihi : 10/07/12

Əvvələ qayıt Aşağa gitmek

Geri: Gətirmək dəlil Qurandan

Yeni mövzu  N_ن_N Bir C.a. İyul 26, 2012 2:03 am




Bah, doğurdan? Hansı ayədir o? Məncə Quranda Muhəmməd A.S.adı keçən bu ayələr var:
Əhzab-(40).Olmadı Muhəmməd sizin kişilərinizdən birinin atası və lakin rəsuludur Allahın və xatəm-ən-nəbiyyinə, yəni xətmidir nəbilərin və oldu Allah küllisi ilə şeyin Alim!

Bah, doğurdan ! )

Bir zaman Məryəm oğlu İsa demişdi: “Ey İsrail oğulları! Həqiqətən, mən Allahın sizə göndərdiyi, məndən əvvəl (naziledilmiş) Tövratı təsdiqləyən və məndən sonra gələcək Əhməd adlı elçisi ilə (sizi) müjdələyən bir elçisiyəm!” (Allahın elçisi) onlara açıq-aydın dəlillər gətirdikdə onlar: “Bu, aşkar bir sehrdir!”– dedilər.

Burda Əhməddən məqsəd Muhəmməd (s.a.s) peyğəmbərdi. Mən bu barədəki dəlillərin hamısını bir kənara qoyub deyirəm :

MƏn şəhadət verib deyirəm ki, burda nəzərdə tutulan Muhəmməd(s.a.s)-di. Yadındadısa, sən də digər mövzuda Kazımın Allahın rəsulu olduğuna şhadət vermişdin ))

üstəlik gülünc bir iddia da etmişdin ki, səkkiz nəfər ağıllı başlı adam , kifayət qədər təhsilli adam Kazımın rəsul olduğuna şəhadət verir. Hələ Qabaqdan gəlmişlik edib onların başdan xarab olduqlarını deyəcəyimizi də demişdin ))
Amma, mən onlara başdan xarab demirəm. Sadəcə, kifatə qədər dini məlumatları, təhsilləri, savadları olmadığına görə bir qrup iddiaçının əlinə düşüblər )
Vəssəlam! )

Allah onları hidayət eləsin!

Hə ... Yusif, qayıdaq məsələyə!

İndi Əhməddən məqsədin Muhəmməd (s.a.s) olması barədə aşağısı səkkiz nəfər ağıllı başlı, kifayət qədər təhsilli adam sübut edir ki, bu məhz Muhəmməddi )

İndi neyləyək ?

Sizin şəhadətiniz keçərlidi , bizim yox ? )



Muhəmməd surəsi-(2).Və o kəslər ki, inanırlar və əməlləri islahatdır və inandılar, nə ilə ki, nazildir üzərinə Muhəmmədin və o haqdır Rəblərindən onların, O örtər üstünü pis günahlarının və islah edər onları.

Fəth surəsi-
(29).Muhəmməd rəsuludur Allahın. O kəslər ki, onunladır, şiddətlidirlər üzərində kafirlərin və rəhimlidirlər öz aralarında. Görərsən onları rüku edən və səcdə edən. Onlar fəzl axtarırlar Allahdan və razılıq. Simaları onların, üzlərindən səcdə əsərindən bəllidir. Belədir məsəli onların Tövratda. Məsəli onların Incildə – bir əkinə bənzər, hansı ki, toxum səpilər. Elə ki, torpaqdan bar çıxartdı, çox nazik və zəifdir, sonra qüdrət tapıb qalın olar və öz kökü üstündə möhkəm dayanar. Və əkinçiləri təəccübə gətirər və kafirləri qəzəbləndirər onlarla. Allah vəd verib onlardan o kəslərə ki, inanırlar və əməlləri islahatdır, onlar üçün bağışlanmaq və əzəmətli əcr var.

Ali İmran surəsi-! (144).Və nə ki, Muhəmməd ancaq rəsuldur. Əlbəttə, xalidir ondan qabaq rəsullar. Əgər ölə, ya qətlə, çevrilərsiniz üzərində dabanınızın? Və kim çevrilər üzərində dabanının və olmaz zərər Allaha şeynən və cəza Allah şakirinə!

Bundan əlavə!

Sənin yazdıqların elə öz əleyhinə dəlildi )

Necə olur ki, "Əhməd"-in Muhəmməd (s.a.s) olduğunu qəbul etmirsən ?

Niyə görə ? )

Çünki, ayədə konkret Muhəmməd (s.a.s) adı çəkilməyib ona görə ? )

Əgər həqiqətən də belə diqqətcilsənsə, bəs bu ayələrdə açıq aşkar Ələsgərin , Kazımın və s. iddiaçıların adı çəkilməyə - çəkilməyə onların rəsul olmasını necə qəbul eləyirsən ay kifayət qədər təshili olan , ağıllı başlı qardaşım ? )

Nə əcəb siz indiyə kimi uşaqlarıvızından birinin adı Əhməd qoyub, onu "rəsul" kimi yetişdirib sonra da bu ayəni ona şamil eləməmisiz ? ))

Yoxsa, Əhməddən Məqsəd Ələsgər, yoxsa, Kazımdı ?





N_ن_N

İsmarıc sayı : 375
Kayıt tarihi : 10/07/12

Əvvələ qayıt Aşağa gitmek

Geri: Gətirmək dəlil Qurandan

Yeni mövzu  N_ن_N Bir C.a. İyul 26, 2012 2:07 am

Dəqiqə başı rəsullar haqqında olan ayələri heç bir dəlilsiz-sübutsuz özlərinə aid edənlərə yenidən xatırlatma edirəm :

İsmi ilə Allahın, Rəhmanın, Rəhimin!


Bu mövzuda inşaAllah, Quran ayələrindən dəlil gətirmək barədə danışacağıq.

Deməli, Ələsgərin ardıcılları əksər hallarda özlərinə QURANDAN AYƏLƏRİ DƏLİL GƏTİRMƏYƏ ÇALIŞMAQLA HAQQ qazandırmağa çalışırlar.

Məsələn, onların rəsul olub-olmaması barədə sual verirsən. Onlar Allahın rəsulları barədə olan ayələrin özlərinə də şamil olduğunu iddia edərək, Qurandan ayələr gətirirlər.

Bunun əksinə! Onlara iman gətirməyənlər haqqında isə Qurandan kafirlər haqqında olan ayələri dəlil gətirməklə cavab verməyə çalışırlar.


Ümumiyyətlə, bu nə dərəcədə doğrudur ki, kimsə rəsullar haqqındakı ayələri özünə, kafirlər haqqındakı ayələri bir başqasına nisbət versin ?

Onlara kim ixtiyar verib ki, ayələrdə nəzərdə tutulan rəsullara özlərini də aid eləsinlər ?

Ələsgərin ardıcıllarına qabaqcadan xatırlatmaq istəyirəm ki, bu mövzuda öz sözünüzü təsdiq etmək üçün Qurandan ayələr gətirməyiniz məntiqsizdir. Çünki, biz elə ondan danışırıq ki, hansı əsasla Qurandakı rəsullar haqqındakı ayələri özünüzə aid edirsiz ?


Bir az da ətraflı izah edim!

Məsələn, Quranda İsanın (ə) dilindən Muhəmmədin gələcəyini (s.a.s) mujdələyən qəti kəlam var!

Quranda Ələsgərin , yaxud , sizin hansısa birinizin gələcəyi barədə Quranda Muhəmmədin (s.a.s) dilindən qəti bir kəlam varmı ?

YENƏ DƏ XATIRLADIRAM : Ümumi rəsullar barədə gələn ayələri özünüzə şamil etməyə çalışmayın! )

Çünki, mövzumuz elə budur ki, sizin belə bir ixtiyarınız varmı ? Varsa dəlili nədir ?



İnşaAllah cavab gözləyəcəyəm )

N_ن_N

İsmarıc sayı : 375
Kayıt tarihi : 10/07/12

Əvvələ qayıt Aşağa gitmek

Geri: Gətirmək dəlil Qurandan

Yeni mövzu  Yusif_Kazim_İbrahimoglu Bir C.a. İyul 26, 2012 3:57 am

N_ن_N yazıb:
Yusif_Kazim_İbrahimoglu yazıb:Nisa surəsi-(79).Nə ki, əsabədir sənə yaxşıdan, Allahdandır və nə ki, əsabədir sənə pislikdən, nəfsindəndir. Və göndərdik səni insanlar üçün rəsul. Və kafidir Allah ilə Şahidlik

Rəd surəsi-(43).Deyirlər o kəslər ki, kafirdirlər: «Sən mürsəl deyilsən!» De: «Kafidir Allahın şahidliyi mənimlə sizin aranızda və o kəsin ki, onun yanında kitabdan elm var!»


Yenə də eyni şeylər! )

Kazım, biz nə dildə danışırıq qardaşım ? )

Biz səndən dəfələrlə xahiş eləmişik ki! Sən özün haqqında olan ayələri gətir əgər varsa )

Sən Muhəmməd (s.a.s) haqqında olan ayələri özüvə niyə aid edirsən ? )

Sən o zaman bu ayələri özüvə aid edə bilərsən ki, sən ALLAHIN RƏSULU OLDUĞUNU SÜBUT EDƏSƏN, ÖZÜ DƏ QURAN AYƏLƏRİ ilə! yaxud, Allahın sənə əta etdiyi başqa bir möcüzə ilə! )

Yoxsa, rəsullar haqqında ayələri öz adıva çıxıb, özüvü dəlil-sübutla danışırmış kimi göstərməyin heç bir mənası yoxdu əzizim )

İnşaAllah, cavabın yoxdusa, bu başqa məsələ! )

Əgər bunu sübut edə bilmirsənsə, istədiyin qədər Quran ayələri yaz. Sənin üçün dəlil sayılmaz! )




Cənab (xanım) NUN, Əgər bunu sübut edə bilmirsənsə, istədiyin qədər Quran ayələri yaz. Sənin üçün dəlil sayılmaz! )

Axı ayədə deyilir :kafidir ALLAH-ın şahidliyi .Siz istəyirsiniz şəhadət verin və ya verməyin.Kazım ALLAH-ın rəsuludur, əgər Ona yalandan nisbət verərsə-ALLAH onun sağ əlindən yapışıb, damarını qətt edər və heç kim də, ona yardım edə bilməz!

Yusif_Kazim_İbrahimoglu

İsmarıc sayı : 298
Kayıt tarihi : 13/01/11

Əvvələ qayıt Aşağa gitmek

Geri: Gətirmək dəlil Qurandan

Yeni mövzu  Yusif_Kazim_İbrahimoglu Bir C.a. İyul 26, 2012 4:01 am

Cənab(xanım) NUN,Necə olur ki, "Əhməd"-in Muhəmməd (s.a.s) olduğunu qəbul etmirsən ?

Əhməd -Əhməddir, Muhəmməd - Muhəmməddir!Mən sizin iddianızı necə qəbul edim ki, ALLAH Taala onların hərəsini ayrı-ayrı adlarla xatərladır.Mən ALLAH-a inanım, yoxsa sizə?!

Yusif_Kazim_İbrahimoglu

İsmarıc sayı : 298
Kayıt tarihi : 13/01/11

Əvvələ qayıt Aşağa gitmek

Geri: Gətirmək dəlil Qurandan

Yeni mövzu  Yusif_Kazim_İbrahimoglu Bir C.a. İyul 26, 2012 4:03 am

Nə əcəb siz indiyə kimi uşaqlarıvızından birinin adı Əhməd qoyub, onu "rəsul" kimi yetişdirib sonra da bu ayəni ona şamil eləməmisiz ? ))--çox gülməlidir)))))))
Ancaq narahat olmayın, bizdə Əhməd adında adamlar vardır, Muhəmməd adında da,Biz onları eyni adam hesab etmirik, çünki ayrı-ayrı adamlardır))))

Yusif_Kazim_İbrahimoglu

İsmarıc sayı : 298
Kayıt tarihi : 13/01/11

Əvvələ qayıt Aşağa gitmek

Geri: Gətirmək dəlil Qurandan

Yeni mövzu  Yusif_Kazim_İbrahimoglu Bir C.a. İyul 26, 2012 4:11 am

Bir zaman Məryəm oğlu İsa demişdi: “Ey İsrail oğulları! Həqiqətən, mən Allahın sizə göndərdiyi, məndən əvvəl (naziledilmiş) Tövratı təsdiqləyən və məndən sonra gələcək Əhməd adlı elçisi ilə (sizi) müjdələyən bir elçisiyəm!” (Allahın elçisi) onlara açıq-aydın dəlillər gətirdikdə onlar: “Bu, aşkar bir sehrdir!”– dedilər.

Burada təəccüblü nə isə var ki? Bəli, ALLAH Taala İsa A.S.-ın dili ilə onun axırıncı rəsul, nəbi olmadığını ondan sonra da rəsullar gələcəyini deyir, və birinin adını çəkir.Və bu sizin iddia etdiyiniz kimi Muhəmməd A.S. deyildir.Çünki, bu sözlər həvarilərə deyilirdi, həvarilərə özlərindən 600 il sonra gələcək bir rəsul maraqlı idimi? Onlara İsa A.S-dan sonra gələcək və onlara rəsulluq edəcək biri maraqlı idi.

Yusif_Kazim_İbrahimoglu

İsmarıc sayı : 298
Kayıt tarihi : 13/01/11

Əvvələ qayıt Aşağa gitmek

Geri: Gətirmək dəlil Qurandan

Yeni mövzu  Yusif_Kazim_İbrahimoglu Bir C.a. İyul 26, 2012 4:16 am

MƏn şəhadət verib deyirəm ki, burda nəzərdə tutulan Muhəmməd(s.a.s)-di.

Bu sizin özəl haqqınızdır , mən isə şəhadət vermirəm.Mən bu Quran vasitəsi ilə şəhadət verirəm ki, Muhəmməd ALLAH-ın rəsulu və nəbisidir,ALLAH-ın Salamı olsun onun üzərində o gün ki, doğulub, o gün ki, vəfat edib, o gün ki, dirilib qalxacaq.Və şəhadət vermirəm ki, ALLAH Taala Muhəmməd A.S.-la Əhməd A.S.-ı bir- birindən ayrıd edə bilməyib.

Yusif_Kazim_İbrahimoglu

İsmarıc sayı : 298
Kayıt tarihi : 13/01/11

Əvvələ qayıt Aşağa gitmek

Geri: Gətirmək dəlil Qurandan

Yeni mövzu  N_ن_N Bir C.a. İyul 26, 2012 4:25 am

Yusif_Kazim_İbrahimoglu yazıb:Bir zaman Məryəm oğlu İsa demişdi: “Ey İsrail oğulları! Həqiqətən, mən Allahın sizə göndərdiyi, məndən əvvəl (naziledilmiş) Tövratı təsdiqləyən və məndən sonra gələcək Əhməd adlı elçisi ilə (sizi) müjdələyən bir elçisiyəm!” (Allahın elçisi) onlara açıq-aydın dəlillər gətirdikdə onlar: “Bu, aşkar bir sehrdir!”– dedilər.

Burada təəccüblü nə isə var ki? Bəli, ALLAH Taala İsa A.S.-ın dili ilə onun axırıncı rəsul, nəbi olmadığını ondan sonra da rəsullar gələcəyini deyir, və birinin adını çəkir.Və bu sizin iddia etdiyiniz kimi Muhəmməd A.S. deyildir.Çünki, bu sözlər həvarilərə deyilirdi, həvarilərə özlərindən 600 il sonra gələcək bir rəsul maraqlı idimi? Onlara İsa A.S-dan sonra gələcək və onlara rəsulluq edəcək biri maraqlı idi.

Allahın salamı olsun!

Biz məgər dedik ki, burda təəccüblü nə isə var ?

Biz ümumiyyətlə, məsələnin təəccüblü, yaxud, qeyri-təəccüblü olmasından danışmırıq qardaş.

Biz ondan danışırıq ki, İsa (ə) özündən sonra Muhəmmədin (s.a.s) gələcəyini mujdələyib.

Ayədə deyilən "Əhməd" -dən məqsəd də Muhəmməddir. Siz nəyə əsasən deyirsiz ki, Muhəmməd deyil ? )

Niyə görə sizin SIRF ÖZ ƏQLİNİZƏ ƏSASLANIB qəbul etdiyiniz bir fikri biz qəbul etməliyik ki ?

2. Sizin gətirdiyiniz dəlil tamamilə məntiqsiz dəlildir.

Əvvəla, ona görə ki, verdiyiniz sualın cavabını həvarilərdən soruşmaq lazımdı, bizdən yox. Siz necə əminliklə deyə bilərsiz ki, 600 il İsadan (ə) sonra gələcək adam həvarilərə maraqlı deyildi ? Elə danışırsız, sanki, həvarilərdən birisiz, yaxud, onların maraq dairələrini yaxşı bilirsiz.

İNdi buyurun suala zəhmət olmasa cavab verin! Amma, Quran ayələri ilə cavab verin! Həvarilərə illər sonra gələcək peyğəmbər maraqlı idi ya yox ?

Amma, xahiş edirəm: Qurandan konkret ayə gətirin ki, maraqlı idi ya yox.

3. Siz nə bilirsiz ki, həvarilərə (ə) İsadan həmən sonra gələcək peyğəmbər maraqlı idi ? Məgər onlar İsaya (ə) "səndən sonra bizə rəhbərlik edəcək kimsə kimdir?" sualını vermişdilərmi ki, İsa (ə) da onlara Əhmədin gələcəyini mujdələmişdi ?

4. Bundan əlavə. Əgər İsa (ə) Əhmədin həmən özündən sonra gələcək birisi olduğunu söyləyibsə, buyurun Quran ayəsi gətirin ki, İsadan (ə) sonra Əhməd adlı bir kimsə İsanın (ə) yerinə gəlib və həvariləri başına toplayıb!

Əks təqdirdə , sizin iddianıza görə İsa (ə) yalan danışmış hesab olunur.

N_ن_N

İsmarıc sayı : 375
Kayıt tarihi : 10/07/12

Əvvələ qayıt Aşağa gitmek

Geri: Gətirmək dəlil Qurandan

Yeni mövzu  N_ن_N Bir C.a. İyul 26, 2012 4:27 am

Yusif_Kazim_İbrahimoglu yazıb:MƏn şəhadət verib deyirəm ki, burda nəzərdə tutulan Muhəmməd(s.a.s)-di.

Bu sizin özəl haqqınızdır , mən isə şəhadət vermirəm.Mən bu Quran vasitəsi ilə şəhadət verirəm ki, Muhəmməd ALLAH-ın rəsulu və nəbisidir,ALLAH-ın Salamı olsun onun üzərində o gün ki, doğulub, o gün ki, vəfat edib, o gün ki, dirilib qalxacaq.Və şəhadət vermirəm ki, ALLAH Taala Muhəmməd A.S.-la Əhməd A.S.-ı bir- birindən ayrıd edə bilməyib.

Sizin şəhadət verib - verməməyinizin heç bir əhəmiyyəti yoxdur )

2. Sizə kim deyir ki, biz şəhadət veririk ki, Allahu təala Muhəmmədlə Əhmədi bir-birindən ayırd edə bilməyib ?

Ümumiyyətlə, sizdən soruşan oldumu ki, Allah Muhəmmədlə Əhmədi bir-birindən ayırd edə bilib ya yox ? Sizdən soruşan oldumu ki, siz buna şəhadət verirsiz ya yox ? )

Zəhmət olmasa əgər biz belə bir şey iddia etmişiksə, yaxud, belə bir söz söyləmişiksə, buyurun göstərin!

Əksinə, siz Kazımla, Ələsgərlə Muhəmmədi (s.a.s) ayıra bilmirsiz ki, sonuncunun haqqında gələn ayələri Ələsgər və Kazım kimilər üçün də işlədirsiz )

N_ن_N

İsmarıc sayı : 375
Kayıt tarihi : 10/07/12

Əvvələ qayıt Aşağa gitmek

Geri: Gətirmək dəlil Qurandan

Yeni mövzu  N_ن_N Bir C.a. İyul 26, 2012 4:34 am

Yusif_Kazim_İbrahimoglu yazıb:
N_ن_N yazıb:
Yusif_Kazim_İbrahimoglu yazıb:Nisa surəsi-(79).Nə ki, əsabədir sənə yaxşıdan, Allahdandır və nə ki, əsabədir sənə pislikdən, nəfsindəndir. Və göndərdik səni insanlar üçün rəsul. Və kafidir Allah ilə Şahidlik

Rəd surəsi-(43).Deyirlər o kəslər ki, kafirdirlər: «Sən mürsəl deyilsən!» De: «Kafidir Allahın şahidliyi mənimlə sizin aranızda və o kəsin ki, onun yanında kitabdan elm var!»


Yenə də eyni şeylər! )

Kazım, biz nə dildə danışırıq qardaşım ? )

Biz səndən dəfələrlə xahiş eləmişik ki! Sən özün haqqında olan ayələri gətir əgər varsa )

Sən Muhəmməd (s.a.s) haqqında olan ayələri özüvə niyə aid edirsən ? )

Sən o zaman bu ayələri özüvə aid edə bilərsən ki, sən ALLAHIN RƏSULU OLDUĞUNU SÜBUT EDƏSƏN, ÖZÜ DƏ QURAN AYƏLƏRİ ilə! yaxud, Allahın sənə əta etdiyi başqa bir möcüzə ilə! )

Yoxsa, rəsullar haqqında ayələri öz adıva çıxıb, özüvü dəlil-sübutla danışırmış kimi göstərməyin heç bir mənası yoxdu əzizim )

İnşaAllah, cavabın yoxdusa, bu başqa məsələ! )

Əgər bunu sübut edə bilmirsənsə, istədiyin qədər Quran ayələri yaz. Sənin üçün dəlil sayılmaz! )




Cənab (xanım) NUN, Əgər bunu sübut edə bilmirsənsə, istədiyin qədər Quran ayələri yaz. Sənin üçün dəlil sayılmaz! )

Axı ayədə deyilir :kafidir ALLAH-ın şahidliyi .Siz istəyirsiniz şəhadət verin və ya verməyin.Kazım ALLAH-ın rəsuludur, əgər Ona yalandan nisbət verərsə-ALLAH onun sağ əlindən yapışıb, damarını qətt edər və heç kim də, ona yardım edə bilməz!

Cənab Yusif!

Bilgi üçün bildirim ki, mən xanım deyiləm. Bilirəm. Bilməmisiz. Amma, indidən sonra bilirsiz artıq )

İkincisi : Ayədə Allahın şahidliyi Muhəmməd (s.a.s) üçün kifayətdir və ayədə nəzərdə tutulan da odur. )

Odur ki, onun Allahın rəsulu olduğuna şəhadət verirlər versinlər, vermirlər verməsinlər )

Qaldı ki, Kazıma ... Sizə kim deyir ki, əgər kazım özünə yalandan peyğəmbər deyərsə, Allah onunla məhz belə muamilə edər ? )

Siz deyəsən yenə də mövzunu başa düşməmisiz )

Siz başa düşənə qədər sizin üçün təkrar edəcəyəm inşaAllah! )

Mövzumuz elə budur ki, siz hansı əsasla Qurandan rəsullara aid olan ayələri Kazım və onun kimilər haqqında, peyğəmbərləri rədd edənlər haqqındakı ayələri isə bizim haqqımızda gətirirsiz ? )

Gətirdiyiniz ayələr konkret şəxslər haqqındadı. Hansı dəlilə əsasən deyirsiz ki, Kazım , Ələsgər bu ayələri özünə aid edə bilər ?

Sizin bircə variantınız var :

"Buna mən şəhadət verirəm" , ay nə bilim, "səkkiz nəfər kifayət qədər təhsilli kimsələr şəhadət verir" ))

Əziz qardaş, bunlar huccət deyil! )

Hansı əsasla sənin və sənin səkkiz nəfərivin şəhadəti mənim və səkkiz nəfər qardaşımın şəhadətindən üstündür ki ? )

Xülasə! Zəhmət olmasa! Mövzunu oxuyun! Başa düşün! Sonra cavab verin!

Ya da imkan verin, aranızda sualı başa düşənlər cavablandırsınlar inşaAllah )


N_ن_N

İsmarıc sayı : 375
Kayıt tarihi : 10/07/12

Əvvələ qayıt Aşağa gitmek

Geri: Gətirmək dəlil Qurandan

Yeni mövzu  N_ن_N Bir C.a. İyul 26, 2012 4:36 am

Yusif_Kazim_İbrahimoglu yazıb:Cənab(xanım) NUN,Necə olur ki, "Əhməd"-in Muhəmməd (s.a.s) olduğunu qəbul etmirsən ?

Əhməd -Əhməddir, Muhəmməd - Muhəmməddir!Mən sizin iddianızı necə qəbul edim ki, ALLAH Taala onların hərəsini ayrı-ayrı adlarla xatərladır.Mən ALLAH-a inanım, yoxsa sizə?!

Elə sizin probleminiz də budur!

Məsələ burasındadır ki, Allahu təala onların hərəsini ayrı-ayrı adlarla xatırlatmır. Bir adamı iki ayrı adla xatırlayır!

Bu da SİZİN DÜŞÜNDÜYÜNÜZ KİMİ TAMAAAAAAAMİLƏ TƏBİƏT QANUNLARINA ZİDD OLAN, HEÇ BİR ELMİ ƏSASI OLMAYAN, İSBATSIZ QƏBUL EDİLƏN YAZILMAMIŞ QANUNLARA ZİDD GƏLƏN bir məsələ deyildir )

Sizin dəliliniz nədir ki, burda iki ayrı ad, iki ayrı adamdı ? )

N_ن_N

İsmarıc sayı : 375
Kayıt tarihi : 10/07/12

Əvvələ qayıt Aşağa gitmek

Geri: Gətirmək dəlil Qurandan

Yeni mövzu  N_ن_N Bir C.a. İyul 26, 2012 4:43 am

Yusif_Kazim_İbrahimoglu yazıb:Nə əcəb siz indiyə kimi uşaqlarıvızından birinin adı Əhməd qoyub, onu "rəsul" kimi yetişdirib sonra da bu ayəni ona şamil eləməmisiz ? ))--çox gülməlidir)))))))
Ancaq narahat olmayın, bizdə Əhməd adında adamlar vardır, Muhəmməd adında da,Biz onları eyni adam hesab etmirik, çünki ayrı-ayrı adamlardır))))


Allahın salamı olsuN! )
Xeyr! Məncə çox gülməli deyil ) Amma, gülməlidir. Sizin halınıza gəldikdə isə bu çox acınacaqlıdı )

2. Sizin niyə görə iki adınız var ? Siz kimsiz ? Yusif ya Kazım ? )

Sizin adınız Yusifdi ya Kazımdı ? )

3. Sizin onları eyni adam hesab etməməyiniz öz işinizdi. Amma, Azərbaycanda elə adamlar var ki, onların adı iki dənədir. Pasportda bir cür gedir. Amma, ailəsi tərəfindən bir başqa cür çağırılır )

Bundan əlavə! ) Bəzən sifət və ləqəblə də insana müraciət edirlər )

Bu o demək deyildir ki, sizin hər eşitdiyiniz addır )

4. Biz demirik ki, hər insanın mütləq iki adı olmalıdır, yaxud, hər insan mütləq iki formada çağırılmalıdı. Amma, "bir adamın iki adı ola bilməz, iki cür çağırıla bilməz" sözü də tamamilə əsassız , boş, mənasız iddiadan başqa bir şey deyildir )


5. İndi əgər Quranda Muhəmməd (s.a.s) bir dəfə Əhməd kimi çağırılırsa, bu o deməkdir ki, bunlar başqa başqa adamlardı ? )

Axı, sizə deyildi ki, Bu heç də MƏNTİQƏ ZİDDD, ABSURDDDD BİR ŞEY DEYİLDİR )

Bəlkə siz , kifayət qədər təhsili olan kimsə bunnu absurd hesab edirsiz ? ))


N_ن_N

İsmarıc sayı : 375
Kayıt tarihi : 10/07/12

Əvvələ qayıt Aşağa gitmek

Geri: Gətirmək dəlil Qurandan

Yeni mövzu  N_ن_N Bir C.a. İyul 26, 2012 4:46 am

Yusif_Kazim_İbrahimoglu yazıb:Cənab(xanım) NUN,Necə olur ki, "Əhməd"-in Muhəmməd (s.a.s) olduğunu qəbul etmirsən ?

Əhməd -Əhməddir, Muhəmməd - Muhəmməddir!Mən sizin iddianızı necə qəbul edim ki, ALLAH Taala onların hərəsini ayrı-ayrı adlarla xatərladır.Mən ALLAH-a inanım, yoxsa sizə?!

Allahın salamı olsun!

Əhməd adı Əhməd adıdır. Muhəmməd adı da Muhəmməd adı!

Mən iddia etmirəm. Mən də sizə Quranda olduğunu deyirəm. Siz iddia edirsiz ki, "Əhməd Muhəmməd ola bilməz və o deyil" . Halbuki, Quranda deyilmir ki, "Əhməd Muhəmməd ola bilməz və o deyil" .

İndi mən ALlaha inanım , yoxsa sizə ?

Bundan əlavə!

Siz əgər Allaha inanırsızsa , niyə görə Allah " Əhməd Muhəmməd ola bilməz və Əhməd Muhəmməd deyil" sözünü Quranda demədiyi təqdirdə bunu iddia edirsiz ? )

Niyə görə Allaha inanmayıb öz şəxsi fikrinizə etimad edirsiz ? )

Siz özünüzə inanırsız, Allaha ? )

N_ن_N

İsmarıc sayı : 375
Kayıt tarihi : 10/07/12

Əvvələ qayıt Aşağa gitmek

Geri: Gətirmək dəlil Qurandan

Yeni mövzu  N_ن_N Bir C.a. İyul 26, 2012 5:19 pm

Allahın salamı olsun!

Yusif, qardaş. Sizin sözünüzdən belə çıxdı ki, guya biz Əhməd ilə Muhəmmədi ayıra bilmirik. Yəni, Əhməd Əhməddir, Muhəmməd Muhəmməd. Eləmi ?

Yaxşı, bəs siz özünüz Bəkkə ilə Bakını ayıra bilirsiz ?

Bəkkə Bəkkədi, Bakı da Bakıdı!

Bəs necə olur ki, Bəkkə Bakı olur ?


Yaxşı , indi Yusif, biz sizə inanaq , yoxsa Allaha ?

Allah harda deyib ki, Bəkkə Bakıdı ?

Buna dəliliniz nədir ?

N_ن_N

İsmarıc sayı : 375
Kayıt tarihi : 10/07/12

Əvvələ qayıt Aşağa gitmek

Geri: Gətirmək dəlil Qurandan

Yeni mövzu  Yusif_Kazim_İbrahimoglu Bir C. İyul 27, 2012 2:42 am

Xülasə! Zəhmət olmasa! Mövzunu oxuyun! Başa düşün! Sonra cavab verin!

Şükürlər olsun ALLAH-a ki, kiminlə yazışdığımı ( heç olmasa cins cəhətdən) aydınlaşdıra bildik!

Siz sadəcə mücadilə edirsiniz , mən hər nə ayə gətirsəm , yenə inkarçı mövqedə duracaqsınız. Ona görə də , istəyirsiniz belə qəbul edin ki, " mən mövzunu başa düşmədim"

Bir də onu xatırladım ki, sizə nəyi isə zorla qəbul etdirmək istəyən yoxdur, və sizin beyninizə də "təcavüzetmək" fikrimiz yoxdur, biz sadəcə olaraq təbliğ edirik.

Əhqaf surəsi- (35).Və səbr et nə qədər səbr etdilər rəsullardan əzim sahibi olanlar və tələsmə onların təyin olunmuş vaxtına! Onlar o gün ki, görəcəklər nə ki, vəd olunanı, elə bil ki, onlar qalmışdılar orada ancaq saat nahardan. Təbliğ! Həlak edilərmi fasiq qoumdan başqası?

Salam!

Yusif_Kazim_İbrahimoglu

İsmarıc sayı : 298
Kayıt tarihi : 13/01/11

Əvvələ qayıt Aşağa gitmek

Geri: Gətirmək dəlil Qurandan

Yeni mövzu  N_ن_N Bir C. İyul 27, 2012 11:25 pm

[quote="Yusif_Kazim_İbrahimoglu"]Xülasə! Zəhmət olmasa! Mövzunu oxuyun! Başa düşün! Sonra cavab verin!

Şükürlər olsun ALLAH-a ki, kiminlə yazışdığımı ( heç olmasa cins cəhətdən) aydınlaşdıra bildik!

Zəhmət olmasa siz də bizə kömək eləyin biz də sizin cins cəhətdən kim olmağınızı aydınlaşdıraq )

Düzdü sizə "qardaş" deyirəm. Amma, ola bilər ki, xanımsız və mən səhv edirəm.

Kişisiz, qadınsız ? )

Həəə... "Yusif" , "Kazım" , "İbrahimoğlu" kimi adlar sizin cinsinizin kişi olmasından xəbər vermir. Bunu yalandan da yazmış ola bilərsiz )

Odur ki, zəhmət olmasa deyin görək kişisiz, ya qadın ? )


Siz sadəcə mücadilə edirsiniz , mən hər nə ayə gətirsəm , yenə inkarçı mövqedə duracaqsınız.

Siz də sadəcə xəvaric kimi rəftar edirsiz )

Haqq ayələri batil mövqedə istifadə edirsiz. Necə ki, Xəvaric belə edirdi )

Necə ki, digər batil yolda olanlar belə edirdilər )

Əli (ə) nə qədər onlara haqqı bəyan edirdi, onlar ayələri öz nəfslərinə uyğun yozub inadkarlıq ediridlər )

2. Siz də sadəcə inadkarlıq edirsiz. Çünki, siz ayə gətirirsizsə, mən də ayə gətirirəm )

Deməli, ikimiz də Quran ayələri ilə danışırıq. Bəs hansımız düz danışırıq ? )

Siz necə iddia edə bilərsiz ki, "siz düz deyirsiz, mən səhv" ? )

Ona görə də , istəyirsiniz belə qəbul edin ki, " mən mövzunu başa düşmədim"

Mən çox şey istəyə bilərəm.

Axı, burda eyib bir şey yoxdu. Niyə nəfsinizə ağır gəlir ?

Əgər başa düşməmisizsə, ola bilər təqsir məndədi. Deyin! Bir də izah edim!



Bir də onu xatırladım ki, sizə nəyi isə zorla qəbul etdirmək istəyən yoxdur, və sizin beyninizə də "təcavüzetmək" fikrimiz yoxdur, biz sadəcə olaraq təbliğ edirik.
İnanın ki, mən də sizin haqqınızda eyni fikirdəyəm!



Əhqaf surəsi- (35).Və səbr et nə qədər səbr etdilər rəsullardan əzim sahibi olanlar və tələsmə onların təyin olunmuş vaxtına! Onlar o gün ki, görəcəklər nə ki, vəd olunanı, elə bil ki, onlar qalmışdılar orada ancaq saat nahardan. Təbliğ! Həlak edilərmi fasiq qoumdan başqası?

BU ayələrdə də müraciət Allahın rəsulunadı, yəni, Muhəmmədə!

Bu ayənin nə sizə, Nə Ələsgərə, nə Kazıma nə də bir başqasına dəxli yoxdu )

Burda ALlah Muhəmmədin (s.a.s) də elçi olduğunu təsdiq edir. Özündən qabaq elçilərin də elçiliyini təsdiq edir.

Amma, Quranın heç bir ayəsində kazımın, ələsgərin yaxud,digərlərinin rəsul olması təsdiq edilmir.

BU olmadığına görə də siz məxbur olub "qəbul edilmədiyinə görə səbr etməsi tovsiyyə olunan rəsullar" məzmunlu ayələri özünüzə, "rəsulları qəbul etməyən camaatlar" haqqındakı ayələri də bizə aid edirsiz. Çünki, başqa variantınız qalmır.

Amma, bu çıxılmaz vəziyyətdə qalmağıvızı bu məzmunlu ayələrlə ört-basdır eləməyə çalışırsız )

Plan yaxşı plandı! ) Amma, Əlhəmdulilləh, bizə sizin belə variantlarıvız keçməz! )

Biz tarix boyu haqq əhlinə qarşı Quran arxasında gizlənənləri çox görmüşük )



Mühim olan da Allahın təsdiqidir.

Yoxsa, sizin yaxud, sizin təbərinicə desək "səkkiz nəfər kifayət qədər təhsilli adamın" )) təsdiqindən bizə nə ? )




Salam!

N_ن_N

İsmarıc sayı : 375
Kayıt tarihi : 10/07/12

Əvvələ qayıt Aşağa gitmek

Geri: Gətirmək dəlil Qurandan

Yeni mövzu  N_ن_N Bir C. İyul 27, 2012 11:26 pm

BUndan əlavə !

Yusif , zəhmət olmasa bu suallarıma cavab verin:

Allahın salamı olsun!

Yusif, qardaş. Sizin sözünüzdən belə çıxdı ki, guya biz Əhməd ilə Muhəmmədi ayıra bilmirik. Yəni, Əhməd Əhməddir, Muhəmməd Muhəmməd. Eləmi ?

Yaxşı, bəs siz özünüz Bəkkə ilə Bakını ayıra bilirsiz ?

Bəkkə Bəkkədi, Bakı da Bakıdı!

Bəs necə olur ki, Bəkkə Bakı olur ?


Yaxşı , indi Yusif, biz sizə inanaq , yoxsa Allaha ?

Allah harda deyib ki, Bəkkə Bakıdı ?

Buna dəliliniz nədir ?

N_ن_N

İsmarıc sayı : 375
Kayıt tarihi : 10/07/12

Əvvələ qayıt Aşağa gitmek

Geri: Gətirmək dəlil Qurandan

Yeni mövzu  N_ن_N Bir C. İyul 27, 2012 11:27 pm

Bundan əlavə Yusif, siz iddia etdiniz ki, "Əhməd Əhməddi, Muhəmməd, Muhəmməd" Deməli, Əhməd Muhəmməd ola bilməz !

Zəhmət olmasa bu sualıma cavab verin!

Sizin niyə görə iki adınız var ? Siz kimsiz ? Yusif ya Kazım ? )

Sizin adınız Yusifdi ya Kazımdı ? )

N_ن_N

İsmarıc sayı : 375
Kayıt tarihi : 10/07/12

Əvvələ qayıt Aşağa gitmek

Geri: Gətirmək dəlil Qurandan

Yeni mövzu  Yusif_Kazim_İbrahimoglu Bir Ş. İyul 28, 2012 2:13 am

Həəə... "Yusif" , "Kazım" , "İbrahimoğlu" kimi adlar sizin cinsinizin kişi olmasından xəbər vermir. Bunu yalandan da yazmış ola bilərsiz )

ALLAH-ın Salamı olsun!

Sizlərdən fərqli olaraq bizlər ALLAH-dan qeyrilərindən çəkinmirik və öz adlarımızla sosial şəbəkələrdə çıxış edirik. Mənim adım Yusif soyadım İbrahimovdur. Facebook səhifəmə girib baxa bilərsiniz.ALLAH məni kişi cinsində xəlq edib və bütün xüsusiyyətlərini də əta edib.

Yusif_Kazım_İbrahimoğlu adı isə bizdə - öz aramızda qəbul etdiyimiz bir formadır.Yusif adım, Kazım- beyət etdiyim ALLAH rəsulu, İbrahimoğlu isə -atamız İbrahimin millətinə tabeliyimi bildirir.

Yusif_Kazim_İbrahimoglu

İsmarıc sayı : 298
Kayıt tarihi : 13/01/11

Əvvələ qayıt Aşağa gitmek

Geri: Gətirmək dəlil Qurandan

Yeni mövzu  Yusif_Kazim_İbrahimoglu Bir Ş. İyul 28, 2012 2:22 am

Haqq ayələri batil mövqedə istifadə edirsiz. Necə ki, Xəvaric belə edirdi )_

Nədir batil mövqe?Nağıllarla yol tutub getməməyimiz?Həyatımızı Quran ayələrinə əsasən qurub yaşamağımız? Bizdə ALLAH-ın qaldırdığı rəsulların olması? Məgər ALLAH rəsulu omaq belə bir pis işdir? Qoy hamı ALLAH rəsulu olsun- görək bunun nəyi pisdir ki?! Belə bir cəmiyyətdə yaşamağı təsəvvür edirsinizmi? Ancaq bizlər dar dairədə olsa da, belə cəmiyyətdə yaşayırıq- bilirsiniz yaşamaq necə asan olur?bütün işlərimizi ALLAH-a və Onun rəsuluna həvalə edirik və bizlərə zülm olunmur, bizlər ədaləti hər an hiss edirik.

Yusif_Kazim_İbrahimoglu

İsmarıc sayı : 298
Kayıt tarihi : 13/01/11

Əvvələ qayıt Aşağa gitmek

Geri: Gətirmək dəlil Qurandan

Yeni mövzu  N_ن_N Bir Ş. İyul 28, 2012 3:21 am

Yusif_Kazim_İbrahimoglu yazıb:Həəə... "Yusif" , "Kazım" , "İbrahimoğlu" kimi adlar sizin cinsinizin kişi olmasından xəbər vermir. Bunu yalandan da yazmış ola bilərsiz )
ALLAH-ın Salamı olsun!

Sizlərdən fərqli olaraq bizlər ALLAH-dan qeyrilərindən çəkinmirik

Allahın salamı olsun!

ALlahdan qeyrilərindən çəkinmək peyğəmbərlərdə də, imamlarda da, digər müsəlmanlar da olub.

Bu təbii bir haldır.

Sən əgər Allahdan başqa heç kəsdən çəkinmirsənsə, Ölkənin prezindenti haqqında, ondan qabaqkı prezindenti haqqında açıq-aşkar fikrini yaz!

Əqidələri haqqında, insanlarla rəftarları barədə, idarəçilikləri barədə, nöqsanları barədə və s. )


və öz adlarımızla sosial şəbəkələrdə çıxış edirik.


Bu sizin üçün xüsusi bir məharət deyil!

Ümumiyyətlə mən sizdən bunu soruşmuram )

BUndan əlavə!

Sizin arxanızda əlbəttə elə qüvvələr dayanır ki, siz "Allahdan başqa heç kəsdən çəkinməzsiz"! ))



Mənim adım Yusif soyadım İbrahimovdur.

Bəs Kazım kimdi ? ))

Facebook səhifəmə girib baxa bilərsiniz.ALLAH məni kişi cinsində xəlq edib və bütün xüsusiyyətlərini də əta edib.

Allaha şükürlər olsun ki, bizə də məlum oldu ki, siz kişi cinsində xəlq olunmusuz )



Yusif_Kazım_İbrahimoğlu adı isə bizdə - öz aramızda qəbul etdiyimiz bir formadır.Yusif adım, Kazım- beyət etdiyim ALLAH rəsulu, İbrahimoğlu isə -atamız İbrahimin millətinə tabeliyimi bildirir.


Deməli, Yusif adındı, Kazım sənin rəsul seçdiyin kimsə, İbrahim isə İbrahim peyğəmbərdi )

Mən isə elə bilirdim sənin iki adın var )

Sən Ələsgərə beyət etməmisən ?

N_ن_N

İsmarıc sayı : 375
Kayıt tarihi : 10/07/12

Əvvələ qayıt Aşağa gitmek

Geri: Gətirmək dəlil Qurandan

Yeni mövzu  Sponsored content


Sponsored content


Əvvələ qayıt Aşağa gitmek

1 səhifə (Cəmi 2 səhifə) 1, 2  Sonraki

Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.